Ərdoğan:Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir

Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Aleksandr Stubb ilə telefon danışığı zamanı deyib.
O bildirib ki, müharibə ədalətli sülhlə başa çatmalıdır: “Türkiyə bunun üçün səylərini davam etdirir”.
Dövlət başçısı, həmçinin qeyd edib ki, tərəflərdən birini təcrid etməklə ədalətli, uğurlu nəticəyə nail olmaq mümkün deyil.
Qeyd edək ki, daha əvvəl rəsmi Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifinə hazır olduğunu bildirib.