London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.
Adalet.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.
"Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.
Digər Xəbərlər

Türkiyəli jurnalist İstanbulda saxlanıldı

İstanbulun meri Ekrem İmamoğlu saxlanıldı

Trampla Putin telefonla DANIŞDI - YENİLƏNİB

Əkrəm İmamoğlunun diplomu LƏĞV EDİLDİ

Uşaqları 5-ci sinifdən müharibəyə HAZIRLAYACAQLAR - Yeni tədris PLANI

Ərdoğan: Rusiya ABŞ-nin atəşkəs çağırışını qəbul etməlidir

İsrail atəşkəsi pozub Qəzzanı vurdu - 404 ÖLÜ - YENİLƏNİB
