16 Aprel 2019 11:07
196496
RUBRİKA

Yuxular Tanrının tapmacasıdır... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı tanınmış bəstəkar, şairə Xanım İsmayılqızıdır. Adalet.az müsahibəni təqdim edir.


- Yuxularsizə niyə bu qədər yaxındır?

-Allah hər şeyi düşünübyaradıb. Yerdən, göydən, torpaqdan, sudan, havadan, fəsillərdən tutmuş gecəyə,gündüzə qədər. Dünya monoton deyil və daim hərəkətdədir. Allah bizim fizikiistirahətimizi də düşünüb. Bədənimizdə bütün orqanlar günboyu işləyir - beynimizdənayaqlarımızadək. Yuxular ömrümüzün bir başqa tərəfidir. Hamıdan və hər şeydəngizlənə bilmək məqamımızdır. Fantaziyalarımızın zühür etdiyi məkandır.Ruhumuzun, şüuraltının daha azad olduğu dönəmdir. Bəzən bir dəqiqəyə sığmayanyuxun, sənə bir ömür qədər görünə bilir. Burda vaxtın, zamanın ölçüləri,mənzərəsi fərqlidir. Həyatın olduğu kimi deyil. Ayıq vaxtı görəbilməyəcəklərin, duya bilməyəcəklərin, deyə bilməyəcəklərin və hətta edəbilməyəcəklərin reallaşır.


-Yəqin ki, çox yuxu görürsünüz...

-Çox nadir hallarda yuxugörmürəm. Bəlkə də olmayanlardan, olanlardan və özümdən yorulanda yatmağa qaçıram.Bəzən fiziki dincəlsəm də, mənəvi dincəlmirəm. Həm yatmağı sevmirəm, həm dəyuxuya gedəndə sevinirəm. Ələlxüsus da son illər. Əzizlərimlə, darıxdıqlarımla,itirdiklərimlə görüşmək ümidi var axı. Çox az yatıram. Mənim üçün 5 saatlıqyuxu maksimumdur. Yuxularımı dinləyirəm, ələyirəm, önəm verirəm, bəlkə də onagörə...Yuxuda biz bu dünyadan, Allah da bizdən dincəlir deyəsən.


- Yuxularınızhəyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızıqurursunuz?

-Gördüyümyuxu məni həmişə düşündürür. Oyanan kimi yozmağa başlayıram. Onlara barmaqarasıbaxmıram. Bəzən öz beynimdə, şüurumda oturuşmuş - analarımızdan, nənələrimizdənqalma yozum yaddaşıma əl atıram, bəzən yuxularla bağlı yazıları, fikirlərigözdən keçirirəm. Yuxu yozumları kitablarına, filosofların fəlsəfiyanaşmalarına müraciət edirəm. Yuxumun nəyə işarə etdiyini tapmayınca rahat olabilmirəm. Əksər hallarda da gördüyüm yuxu, bu və ya digər vəziyyətdə, öztəsdiqini tapır. Qəribə yozumlar var və yuxular çox vaxt gerçəkliyin əksinəişləyir - kimsə yuxuda ölürsə ömrü uzanacaq, ağlayırsansa güləcəksən,gülürsənsə ağlayacaqsan. Suyun özü də yuxuda müxtəlif məna daşıyır - axar sugöz yaşı mənasına, durğun su aydınlığa işarədir.


-Bəs ilan görəndə nəyə yozurlar?

-Yuxuda ilangörəndə ya səfərə çıxacaqsan, ya da kimsə sənə düşmən kəsiləcək. Yuxuda ət - xəstəliyə,dişin düşməsi - ailə başçısını itirəcəyinə, qan - qovuşmağa, körpə - xəbəralacağına, balıq - ruzi-bərəkətə işarədir. Yəni bu yuxuları kimin görməsinin dəfərqi var. Hər kəsin öz görmə, dərk etmə bucağı var. Mənim üçün yuxuda gördüyümhər hansı bir görüntünun çox qatları ola bilər və o qatlara baş vurmaqdan,düşüb-qalxmaqdan dəhşətə gələ bilərəm. Kiməsə bu yuxu nağıl kimi görünə bilər.Məncə bu anda emosiyalar, psixika, hisslər, instinkt, şüuraltı, şüurüstü, şüur fərdiliyi, yaşam tərzi də böyük rol oynayır.Görəcəyim işləri yuxuma görə planlaşdırmıram, amma bəzən gördüyüm yuxu mənihansısa addımdan geri çəkə bilər və yaxud əksinə.


- Dünyasını dəyişmiş tanıdıqlarınızdan,doğmalarınızdan kimləri yuxuda görürsünüz?

-Hamısını yuxudagörürəm. Yuxular, dünyasını dəyişənlərimlə görüş yerimdi. Başqa yerimiz yoxduaxı. O anlarda yuxudan ayılanda o qədərpeşman oluram ki. Adam hərdən yuxuda qalmaq istəyir. Təəssüf ki, bizdən asılıolmayanlar da var. Əli ibn Əbu Talibin belə bir fikri var – "İnsanlar yuxudadırlar, öləndən sonraayılacaqlar...İtirdiklərimi yuxuda tapanda və yuxudan ayılıbbir də, bir də itirəndə bu fikir ağlıma gəlir. Deyəsən ölən bizik, onlar sağdır.Belə yuxulardan sonra ruhların yaşadığına, bizi gördüyünə lap çox inanıram.Onlar həyatın bir formasından başqa bir formasına, bu üzdən o üzə keçiblər. Bu,onları deyil, bizi narahat edir. Onların ruhu bədənsiz yaşayır, rahatdır vəazaddır. Bizimsə ruhumuz çox vaxt bədənimizə məhkumdur və yaxud biz ruhumuzunköləsiyik .


- Yuxu yozmaları haqdaçoxlu sayda kitab var. Amma hər kitabda yozmalar bir-birindən fərqlidir.Məsələn, yuxunuzda dovşan görmək bir kitabda çətin günlərə yozulursa, digərkitabda xoş günlərin xəbərçi olaraq dəyərləndirilir. Yuxudan sonra onunyozumları haqda maraqlanırsınız?

-Aristotel, yuxularıtamamlanmamış gündəlik işlərlə əlaqələndirir. Freyd deyir ki "Yuxular, sıxışdırılmış arzuların təhrifolunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir”. Yozmalarda fikirlər üst-üstədüşə də bilir, fərqli də ola bilir. Dəqiq olan budur ki, yuxular bizə gələnsiqnalların nəticəsi, şüuraltının görüntüsüdür. Xəyallarımızın gerçəkliyidirbəlkə də. Bəlkə də dilə gətirmədiklərimizin diktəsindən doğan partlayışdır.Əksər hallarda yuxunu gecələr görürük. Kainatın ötürücülük imkanlarısürətlənir. Axı ağlımıza, başımıza gəlməyənləri, arzulamadıqlarımızı beləyuxuda görə bilirik. Bu yerdə Freydlə razılaşmıram. Ümumiyyətlə yuxuhəyatımızın elə ayrılmaz, anlaşılmaz, toxunulmaz, həm qeyri-müəyyən, həmmüəyyən, həm qapalı, həm də aşkar tərəfidir ki, ömrümüzün tən yarısını təşkiletsə də, hələ də onun qapısını tam aça bilməmişik. Filosoflardan tutmuş adiinsanlara kimi hamımız yuxularımızı təhlil edirik, amma tənqid edə bilmirik.Çünki yuxularımızda qayda-qanun yoxdur, sərhədlər yoxdur, yuxuya görə nəmükafat, nə də cəza var. Yuxuda yaşaya bilmirik, yuxusuz da qala bilmirik.


Anam dünyasını dəyişəndənsonra tez-tez yuxuma gəlir. Hər dəfə də nə isə işarə edir mənə. Onun dediyinəəməl edirəm. Bir dəfə də yuxuda mənə dedi ki, mənə soyuqdur, evim damır,ayaqlarım islanıb. Yuxudan oyandım və anladım ki, nəsə baş verib. Qəbr üstünəgetdim, gördüm ki, anamın qəbir daşı ayaq tərəfdən çatlayıb və bir parçasıqopub... Düzəltdirdim və yuxumun gerçəkliyinə inandım. Bir dəfə də oğlum yuxudaməndən incimişdi. Yuxuda mənə zəng etmişdi, telefonu qaldırdım, o danışmadı,mənimsə ürəyim partlamaq dərəcəsinə çatdı. Uzaqdan əks-səda kimi səsi gəldi -Yoxdur... Yuxuda elə ağlayırdım ki... Öz hıçqırığıma ayıldım. Yenə də qəbrüstünə getdim. Gördüm ki, güldanından güllərini aparıblar. Bəzən yuxuda eləinsanların elə tərəfləri mənim üçün açılır ki, heyrət edirəm. Belə yuxularım damənə tanımadıqlarımı tanıdır. Yuxuda özümü də yavaş-yavaş öyrənirəm.


-Yazıçı Borxes deyirdi ki, dünya Tanrının gördüyüyuxudur. Deməli biz Tanrının keçmişiyik?

-Dünya - həm irreallığı, həm də reallığı ilə -Tanrının möcüzəsidir, biz isəağlına belə gətirmədiyi gerçəklik. Tanrı bilsəydi ki, özünün yaratdığı üzünəduracaq, özünün yaratdığı onun yaratdıqlarını uçuracaq, dağıdacaq, dünyanıalt-üst edəcək, bir-birinə düşmən kəsiləcək, bu qədər maddiləşəcək,bəndəliyindən çıxıb Allahlıq edəcək, bir-birinə qənim kəsiləcək, bizi yaratmazdıbəlkə də... Təbii ki, bu bir zarafatdır. Biz Tanrının həm alisiyik, həm də ibtidaisi. Tanrının keçmişi, bu günü, sabahı yoxdur ki.Tanrı zamansız, məkansız, ünvansızdır. Borxesin bu fikri çox poetikdir.

-Yuxuların mistikhadisə olduğuna inanırsınızmı?

-Əlbəttə, yuxularmistikadır. Dəqiq formulu, birmənalı izahı yoxdur. Sehrlidir. Yuxular böyükəsərlərə, filmlərə mövzu olan anlayış və anlayışsızlığdır. Şüuraltının şüurlagimnastikasıdır. Adilikdən qoparıb, qeyri-adiliyə köçürəndır. Yuxular, həyatdanbaşqa həyatın olduğunun göstəricisidir. Yerlə göyün arasında, olumla ölümsərhəddində olan bir atmosferdir. Yuxu, dünyalar arasında pəncərədir vədünyanın içində olan nə varsa - canlılarından cansızlarınadək, ölüsündəndirisinədək, bütün hisslərinədək o pəncərədən boylana bilir. Ömrümüzün hamısınıya biz yuxulardayıq, ya da yuxular bizdədir. Yuxular, reallıqda ruhumuzunçatmadığı, ağlımızın kəsmədiyi, gözlərimizin görmədiyi nöqtələrin, vergüllərin,nidaların, sualların açarı ola bilir və ya olmaq istəyir. Yuxular həm dəTanrının tapmacasıdır - cavabını kim dəqiq bilir ki? Hər birimizin özümüzə görəaydınlığımız və qaranlığımız var - yuxularımız da hər birimizin görə biləcəyiqədərdi. Amma əsas olan budur ki, o mistik aləmdə həm hadisələrin iştirakçısı,həm tamaşaçısı oluruq. Qəribəsi də odur ki, burda gözümüzü yumsaq da, ordagözümüz də, ruhumuz da açıqdır. Gözlərimiz burda qapanır - ölmürük, orda açılır- canda deyilik. Möcüzədir.


-Biz yatanda beynimizin dəxlisiz görüntüləri canlandırmasının səbəbi nədir?Yuxular niyə oyaq olandakı düşüncələrimizdən çox fərqlidir?

-Ümumiyyətlə bu barədə çox mülahizələr var. Bufikirlərə inanırıq da, inanmırıq da. Hələ 19-cu əsrin sonlarında psixologiyaelmi eksperimental elm kimi qəbul edilib və bundan sonra bir çox psixoloqlarinsanın şüurunu və ordakı prosesləri öyrənməyə başlayıb. Ziqmund Freydə qədərheç bir psixoloq insan şüurundan kənara çıxmağa cəhd göstərməyib."Psixoanaliz" anlayışını Freyd yaradıb. Ondan sonra bu mövzuya nəqədər müraciət olunsa da, o zamanlar da, bu gün də onun yaratdığı cərəyandançox istifadə olunur. Freydin nəzəriyyələrindən ən vacibi "şüuraltıdır"."Yuxular yozumu"əsərində çox tapıntıları var. O. əvvəlcə insanəqlinin, sonra isə onu təkmilləşdirib insan şəxsiyyətinin quruluş modeliniyaradıb. lakin bu fikirləri həm qəbul olunub, həm mübahisələrə səbəb olub, həmdə inkar edilib. Hətta Freydin öz tələbəsi Yunq, müəlliminin fikrini inkar edibvə onun fikrincə "şüuraltı" dediyimiz, fotomodel deyil, şüuraltınınyaratmaq və təsəvvür etmək kimi qabiliyyətləri var. Mənim fikrimcə yuxular budünyada olanların gözlə deyil, ruhla görünən tərəfidir. Yuxularım, mənə verilənsuallar, cavablar, görüntülər, təsəvvürlərlə bir yerdə, yaşayışıma çox təsiredən ömürdü. Poetik yanaşanda, deyərdim ki, yuxular qonaq otağımızdır.Görmədiklərimiz, itirdiklərimiz, tapa biləcəklərimiz, təsəvvür edəbiləcəklərimiz, duya biləcəklərimiz, arzularımızla görüşdürə bilən bir aləmdir.Yuxular toxunulmazdır, izahlar müxtəlifdir və hər bir cavabın öz arqumenti, öziterpretasiyası var.


- Gördüyünüz yuxularçin olurmu, ya da əksinə?

-Çin olan vaxtı da olur, olmayan vaxtı da. Yuxularlabağlı çoxmənbələrə müraciətedirəm, oxuyuram. Bir-biriniinkaredənvə yatəsdiq edən fikirlər o qədərdir ki. Gördüyüm yuxununsəbəbini tapmayınca rahat olmuram. Təbii ki, yozuma, cavaba ehtiyacı olmayanqarışıq, qorxulu yuxularımız da olur. Amma onlarda da bir məna var. Bəzənyatırsan ki, dincələsən, yorğun-arğın oyanırsan. Elə bil səni yuxuda döyüb,qorxuzub yola salıblar. Ramiz Rövşən gözəl deyib - Lap yuxudan duran kimiyoruluram, İlahi... - Yuxu barədə Quranda da qeyd olunub. İslamda deyilir ki:" Yuxu, insanı qeyb aləmi ilə birləşdirir." Həzrət Peyğəmbərə sualverirlər ki, insan niyə pis yuxular görür? Həzrət Peyğəmbər buyurur ki:"Nə zaman Allah bəndəsinin yaxşılığını istəyər, onu yuxuda danlayar".Hər şeydə bir xeyir var - düşüncəsi ilə yaşayırıq.


- Həyatınızda gördüyünüz ən yadda qalanvə ən gözəl yuxu hansılardır?

-O qədər yuxu görürəm ki, hansını deyim... Bir hadisəni danışım.Elə o da yuxu idi, həm də mistika idi... Səhhətimlə bağlı xəstəxanaya düşdüm vəəməliyyat olundum. Əməliyyat zamanı, narkoz altında olanda anamla görüşdüm.Qəribə bir məkan idi. Hər şeyin - otağın, oturacaqların, qapının, pəncərənin,tavandan asılan çıl-çırağın, havanın ölçüsü elə böyüklükdə idi ki, o böyüklüyüniçində çəkisizlikdə idim və dəhşətə gəlmişdim. Hər şey yırğalanırdı. Anamdivanda oturmuşdu. Birtəhər ona yaxınlaşıb yanında oturdum. Başımı çiyninəqoydum, məni qucaqladı, öpdü. Mən də onu öpdüm, qoxladım. O qədər diri idi ki,ətri də həminki ətir, səsi də həminki, dərisinin yumşaqlığı, gülümsəməyi dəhəminki. Anam o qədər gerçək idi ki... Ona elə sıxılmışdım ki, ayrılmaqistəmirdim. Birdən mənə dedi ki - dur get. Dedim - səninlə burdaqalacağam. Məni özündən itələdi, barmağıyla haranısa göstərib dedi ki - Get,tez get, hələ vaxtı deyil. Onun bu sözündən sarsıldım.


-Maraqlı və bir o qədər də həzm edə bilməyəcəyimizyuxu…

-Dedim - çox darıxıram,səninlə olmağı, mənim yanımda qalmağını istəyirəm. Dedi ki, get, yanındaolduğumu göstərəcəyəm. Mama, mama - deyə-deyə bir də ayıldım ki, üzümüşillələyirlər. Sən demə məni narkozdan ayılda bilmirlərmiş. Həkimlər təşvişədüşmüşdülər. Sonra məni xəstəxana otağında yatağıma uzatdılar. Qızım da yanımdaidi. Evimizdən bəzi əşyalar, qab-qacaq gətirmişdi mənim üçün. Bunlarıçantasından çıxarıb masanın üstünə qoyanda səs gəldi. Stəkanın içindən bir şeydüşdü. Baxıb gördük ki, bu, anamın çoxdan bizim üçün aldığı və heç vaxtistifadə etmədiyimiz, ucunda halqaları olan zəncirdir - bunu dəm çaydanınındəstəsi ilə qapağına bərkidirsən ki, qapağı düşməsin. Və mən bunu qızımıncehizlərinin arasına, gözdən, əldən uzaq bir yerə qoymuşdum. Bu əşyanın qızımınçantasına və məhz mənim stəkanımın içinə necə düşməsinə məəttəl qaldıq. Anamınnarkoz altında gördüyüm yuxuda dediyini anladım. Anam mənə işarə etdi ki,yanındayam... Belə yuxular özü özünü yozur.


-Doktor Allan Hobson deyir ki, "Gələcəyə dair yuxulargörmək dini ümidlərlə bağlı özəl bir hadisədir. Yəni gələcəyi təxmin edəbilməyi istiyirik, amma buna nail ola bilmirk. Məsələn, yuxunuzda sevdiyinizinsanın öldüyünü görürsünüz, səhəri bureallaşır. Bu yuxulara inanan insanları çox sarsıdır. Amma real olmayanyuxularından heç bəhs edən yoxdur. O qədər çox reallaşmayan yuxu var ki”.Razılaşırsız bu fikirlərlə?

-Bəli, bu fikirlərlərazılaşıram. Gələcəyə dair də, ola bilməyəcəklərlə bağlı da, reallıqla üst-üstədüşən və yaxud reallığın əksinə işləyən, sürrealist, detektiv, sentimental,primitiv yuxular da görürük. Məsələn yuxularda bəzən göylərə uçuruq,yüksəklikdən atılırıq, elə bir iş görürük ki, həyatda bunu heç vaxt bacarabilmərik və etmərik. Burda yəqin ki, fantaziyamızın da rolu var. Bəzən yuxudanayılıb sevinirik ki, gördüyümüz yuxu imiş. Bəzən isə əksinə, oyandığımızapeşman oluruq.


-Yuxulardan özünüz haqqında bilmədiyinizbir şeylər öyrənə bilirsiniz?

-Yuxuda inanılmaz addımlarım da olub. Yuxudada, oyanandadaməəttəlqalmışam. Əlbəttə olub, ammaindiyadımadüşmür. 63 illik ömrü aylara vəgünlərə, saatlara, dəqiqələrə, saniyələrə vursaq, demək olar ki, hər gün yuxugörən adamı da nəzərə alsaq, neçə filmə və tamaşaya baxdığını fəxmin etsək, buyazıq yaddaşa ürəyimiz yanar. Həyatda da, yuxuda da hələ özümlə tanış oluram.Yəqin ki, bu, ölənə qədər davam edəcək.


-Rənglidir yuxularınız?

-Əksər haldarənglidir. Keçmiş zamanlarlabağlı yuxularımağ-qaraolur. Bəzəndeyirlərki, yuxularınrəngliolması dayaradıcı ruhun, fantaziyanın şüuraltı fərasətidir.



-Həyat yuxuda da sona doğru gedir. Siznecə düşünürsünüz?

-Yuxular, bizayılanda, müvəqqəti sona çatır. Biz ayılmasaq,əbədi yuxuda qalacağıq və ömrümüz, həyatımız kimlərinsə yuxularında davamedəcək. Bu, sona doğrudur, yoxsa yeni başlanğıca doğru?..


-Məşhur adamlardan, siyasətçilərdən, yazıçılardankimləri yuxunuzda görmüsünüz?

-Məşhur dostlarımı,tanışlarımı, sənət, siyasən adamlarını, dövlət başçılarını da yuxuda görürəm.Adlarını çəksəm uzun bir siyahı alınar. Belə bir yozum da var ki, yuxudatanınmış, yüksək vəzifə adamını görürsənsə, həyatında yüksəliş, irəliləyişolacaq. Bəzi yuxu yozumları kitablarını vərəqləyəndə hərdən gülməyim də tutur.Amma onlar da bəzən, aldanmaq istəyənlərə, ümid verə bilir... Bir də o fikriməqayıdıram ki, yuxular Allahın tapmacasıdır - sual Onundur, cavab tapmaqsa bizimboynumuza düşüb... Təəssüf ki, nə özümüzü, nə yuxumuzu, nə dünyamızı sonunadəkdərk etməyə zamanımız çatmayacaq...


Söhbətləşdi:Oğuz Ayvaz