30 Mart 2025 23:48
335
DÜNYA

Zelenski və ailəsinin gəlirləri bəlli oldu

Ukrayna prezidenti Volodimir Zelenski və ailə üzvləri son bir ildə 15 milyon qrivnadan çox qazanıblar.

Adalet.az xəbər verir ki, bu məlumat Ukrayna Prezidentinin Aparatının 30 mart 2025-ci ildə dərc etdiyi rəsmi bəyannaməsində qeyd edilib. 

“Bunlardan səkkiz milyondan çoxu daxili dövlət borc istiqrazlarının geri alınmasından əldə edilib”, - məlumatda deyilir.

Qazanc Zelenskinin maaşı, bank faizləri və daşınmaz əmlakın icarəyə verilməsindən əldə etdiyi gəlirlər nəzərə alınmaqla hesablanıb. Bu qəbzlərin məbləği təxminən yeddi milyon qrivna təşkil edib.

Qeyd olunur ki, 2023-cü illə müqayisədə Zelenski ailəsinin aktivlərində, daşınmaz əmlakında və nəqliyyat vasitələrində ciddi dəyişiklik baş verməyib.