Azərbaycan millisi UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub

160 | 2025-04-19 14:21

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində Estoniyaya məğlub olub.

Adalet.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirdəki üçüncü - sonuncu matçında 1:2 hesabı ilə uduzub.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüşdə yığmanın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

Qeyd edək ki, milli turnirdə Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.

TƏQVİM / ARXİV