Avropa Xəbər Agentliyində (European News Agency) Azərbaycanla, ölkəmizin turim imkanları ilə bağlı növbəti yazım yayımlanıb. Həmən yazını dilimizdə “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıta keçid: https://www.european-news-agency.de/reise_tourismus/baku_the_unity_of_the_past_and_the_present-89738/
Bakı – keçmişlə bu günün vəhdəti
Bu dəfə də, hər il olduğu kimi, yay tətilimi Azərbaycanda keçirtməyə qərar verdim; həm doğmalarımı, qohumlarımı, dostlarımı görmək, həm də Azərbaycanın gözəl təbiətini seyr etmək, dadlı mətbəxini dadmaq üçün. Əlbətdə ki, gözəl təbiət, dadlı mətbəx tək bu ölkəyə aid deyil. Dünyanın bir çox ölkələrində həm gözəl təbiət görmək, həm də dadlı yeməklər dadmaq olar. Məhz bu səbəbdəndir ki, qısa müddətli təitillərimi (1-2 və yaxud da5-6 günlük) digər ölkələrdə, məsələn, Türkiyədə, yaxud da yaşadığım ölkəyə qonşu olan ölkələrdə, Belçikada, Almaniyada, Fransada keçirtməyə çalışıram. Elə yaşadığım ölkədə, Niderlandda da gəzməli, görməli yerlər kifayət qədərdir və əlbətdə ki, oraları da gəzmək fürsətini əldən vermirəm. Səyahət etmək sevdiyim hobbilər sırasındadır, xüsusən tarixi yerləri görmək. Bu dəfə isə doğulduğum ölkədən, Azərbaycandan, bir qədər daha dəqiqləşdirsəm, Bakıdan, buranın turizm imkanlarından, yazacam.
Qısa məlumat
Paytaxtı Bakı şəhəri olan bu ölkənin milli valyutası manatdır. Bir avro, bu günkü məzənnəyə uyğun, 1 manat 84 qəpikdir. İctimai nəqliyyat baha deyil, Avropalı turistlər üçün isə heç baha deyil. Avtobus və metrodan istifadə etsəniz, 5 avroya az qala bütün şəhəri gəzə bilərsiniz. Taksi xidmətləri də, Avropa ilə müqayisədə, baha hesab edilə bilməz. Avropa ilə saat fərqi yay vaxtında 2 saat, qış vaxtında isə üç saatdır, saat hesabında Azərbaycan Avropadan qabaqdadır. Qısaca onu qeyd edim ki, bu ölkə turistlər üçün tamailə təhlükəsizdir. Alış-veriş edəndə sövdələşmə etməyinə dəyər, amma təbii ki, super marketlərdə deyil. İnsanları qonaqpərvər və kömək göstərməyi sevəndirlər. Lazım olduğu halda Türk, Rus, İngilis dillərində kömək istəyə bilərsiniz. Bəzən Alman və Fransız dilləri də köməyə çata bilər. Əgər sizin danışdığınız dili bilən biri qarşınıza çıxmasa, necə deyərlər, əllə - ayaqla olsa da sizə kömək etməyə çalışacaqlar. Otellərdə, restoranlarda olan qiymətlər Avropadan gedən turistlər üçün baha deyil. Yerli əhali üçün isə bunu iddia edə bilmərəm. İki nəfərin nahar etməsi təxminən 50-60 manat, avro ilə hardasa 25-30 avro tutur. Otellərin qiymətləri ilə isə internetdə tanış ola bilərsiniz. Azərbaycana vizanı elektron qaydada, bu saytdan (https://www.evisa.gov.az/en/) almaq mümükündür.
Qədim Bakı
Bakı, Azərbaycanın paytaxtı, Xəzər dənizin sahilində yerləşir. Azərbaycanda əhalinin ən sıx olduğu şəhəridir. Regionlarda iş tapa bilməyənlərin çoxusu bura cəmləşib. Üstəgəl vaxtilə Ermənistanın işğalında olan ərazilərin əhalsinin əksəriyyəti də bu şəhərdə yerləşdirilmişdi. Ərazilər işğaldan azad olunduğundan, dağıdılmış şəhərlər bərpa olunduqca əhali geri, öz ata-baba yurduna köçməyə, göndərilməyə başlanıb. Bakı iki hissədən ibarətdir; Köhnə Bakı və Yeni Bakı. Köhnə Bakı turistləri ən çox özünə çəkən yerdir. Şəhər yüksək qala divarları ilə əhatə olunub, divarlar 11- ci 12 – ci əsrlərə aiddir. Buranı həm də “İçəri Şəhər” adlandırırlar. Qazıntılar zamanı buradan eramızdan əvvəl 3-1 – ci əsrə aid abidələr taılıb. Ən çox abidə isə orta əsrlərə, Şirvanşahlar dövrünə aiddir. İçəri şəhərdə gəzərkən bu abidələrin bir çoxunu açıq havada düzəldilmiş muzeylərdə görmək mümkündür. Şirvanşahlar sarayı (16 – cı əsr), Qız Qalası (12 – ci əsr) turistlərin diqqətini çəkən ən qədim abidələrdəndir. İçəri şəhərdə gəzərkən həm Bakının, Azərbaycan tarixinə sayahət etmək, həm də oradakı restoranlarda dadlı Azərbaycan məxtbəxinin dadına baxa bilərsiniz.
Müasir Bakı
Qala divarlarından kənarda isə müasir Bakını görmək mümkündür. Doğrudur, Bakı kəndlərinin bir çoxunda turistlər özünə cəlb edəcək qədim abidələr, ziyarət edə biləcəkləri yerlər mövcuddur. Məsələn, əsrlərdən bəri yanmaqda olan, sönməyən Yanar Dağ. Buradakı alovlar əsrlərdir ki, yanmada davam edir və hər il bura çoxlaylı turist bu alovları görmək üçün gəlir. Atəşgah (deyilənə görə tarixi 3 – cü əsrə qədər gedir, Zərdüştlük dininə aiddir), qədim neft bruqları və.s. hər il çoxsaylı turisti özlərinə cəlb edirlər. Yeni Bakı isə öz yeni tikililəri ilə məşhurdur. Bu tikililərin ən çox tanınanı isə Heydər Əliyev Mərkəzidir. Əgər bura getsəniz, gərək bir gününüzü bura ayırasınız. Burada qədim Azərbaycan xalçalarını, musiqi alətlərini, milli geyimləri, tarixi əşyaları və.s. görə bilərsiniz. Avtomobil həvəskarları burada hər cür antik avtomobilləri də görə bilərlər. Yeni tikililərinə görə yeni Bakını Dubayla müqayisə edənlər də var. Bakıya gedib Bakı bulvarını görməsəniz, deyərdim ki, Bakıda olmuş hesab olunmazsınız. Bakı bulvarı da yeni Bakının ən görməli yerlərindən biridir. Burada, dəniz sahilində həm gəzişə, həm əylənə, həm Azərbaycan çayını, Azərbaycan mətbəxini dada bilərsiniz. Əlbətdə ki, çimərlikləri də unutmaq olmaz. Bakı Xəzər dənizinin sahilində yerləşdiyindən burada həmçinin dəniz sahilindəki otellərdə də qala və çimərliklərindən istifadə etmək imkanınız var.
Çay dəstgahı və milli mətbəx
Azərbaycana getsəniz, mütləq çay dəstgahından zövq almağa çalışın. Orada müxtəlif meyvələrdən, gilasdan, gilənardan, çiyələkdən, hətta qarpızdan, tutdan (bu meyvəni Avropada görməmişəm) və digər meyvələrdən mürəbbələr hazırlayırlar. Çay dəstgahının yanında bu mürəbbələrsiz (biri, yaxud da bir neçəsinin olması şərti ilə) təsəvvür etmək mümkün deyil. Çay sifariş versəniz çalışın ki, samovar çayı sifariş edəsiniz. Bu çayın dadı fərqli olur. Çay dəmləyən zaman müxtəlif ədviyyatlardan da istifadə edilir, ağız dadına uyğun olaraq: darçın, mixək, kəklikotu və.s. ilə.
Azərbaycanın mətbəxi də zəngindir. Kabablarını sevəcəyinizə şübhə etmirəm; lülə kabab, tikə kabab və.s. Azərbaycan mətbəxinin ən çox sevilən yeməkləri sırasında plov (bir neçə növü var), dolma (həmçinin bir neçə növü var), dovğa, qutab və.s. öndə gedirlər.
Azərbaycanın bölgələri
Əgər vaxtınız qalsa Azərbaycanın digər bölgələrinə də səyahət etməyinizi məsləhət görərdim. İstirahət etməyiniz üçün ən yaxın, təbiəti, mətbəxi gözəl olan şəhərlər bunlardır. Şimal zonasında: Quba, Qusar, İsmayıllı və.s. Cənub zonasında: Lənkəran, Masallı, Yardımlı və.s. Bir qədər daha uzaqlara səyahət etməyə vaxtınız, həvəsiniz olarsa Şəkiyə, Qaxa, Gədəbəy və digər rayonlara da gedə bilərsiniz. 30 illik işğaldan azad olunmuş Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Zəngilan (Ermənistanın işğalı altında idi) kimi rayonların da gələcəkdə Azərbaycanın turizm mərkəzlərinə çevriləcəyinə inamım böyükdür. Adlarını çəkdiyim və çəkmədiyim hər bir şəhərin, bölgənin öz tarixi, özünəməxsus mətbəxi və füsünkar təbiəti var. Bir sözlə, Azərbaycan bu ölkəyə turist kimi gedən hər kəsdə heç vaxt unutmayacağı bir təəssürat yaradacaq, buna şübhə etmirəm. Mənim kimi hər il olmasa da, əminəm ki, ora gedəcək hər kəs ən azından bir neçə ildən sonra yenə də bu ölkəyə getmək istəyəcək.
Vüqar Abbasov.
Niderland-Azərbaycan-Niderland.