Mövqeləri dəyişəcək, mütləq dəyişəcək - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
4766 | 2023-09-30 17:22

Qərb mətbuatının bizə olan mövqeyi dəyşəcək, mütləq dəyişəcək, buna inanıram, amma tam qələbədən sonra...

… Ermənilər Qarabağı tərk edirlər, etsinlər. Kimsə onları oradan məcbur göndərmir. Ötən əsrin sonlarında, sizlərin də bildiyiniz kimi, bizimkilər öz torpaqlarımızdan ancaq öz canlarını götürüb qaça bilmişdilər. Hələ yolda ölənləri, öldürülənləri demirəm. Xocalı soyqrımını da xatırlatmağa ehtiyac yoxdur. Bu gün isə ermənilər öz xoşları ilə gedirlər, onlara ən yüksək səviyyədə verilmiş təminata baxmayaraq. Təbii ki, Azərbaycan qanunlarına tabe olan, vətəndaşlığı qəbul edən hər kəs qalıb yaşaya bilər. Tarixə baxanda da görürük ki, bütün dövrlərdə onlar bizə zülm edib, dədə-baba torpaqlarımızdan didərgin salıblar. Biz isə hər zaman onlara yüksək yerlərdə yer vermişik, az qala başımıza çıxartmışdıq. Gərək bir də çıxartmayaq...

Qərb mətbuatı, həmçinin Niderland mətbuatı bu barədə əsasən birtərəfli məlumatlar verir, həmçinin Qarabağı “anklav” adlandırırlar. Bir neçə il öncə bu barədə Niderland mətbuatında yamışdım ki, Azərbaycan ərazisində anklav ərazi yoxdur. Qabağda baş verənləri əsasən “Azərbaycanın Qarabağa hücumu” deyə dəyərləndirirlər. 

Azərbaycan 1991 – ci ildə müstəqilliyini elan edib və dünya da bizim müstəqilliyimizi tanıyıb və həm də 86,6 min kv. ərazi ilə, yəni  Qarabağ da daxil. BMT – nin məlum qətnamələri də öz yerində. Ermənistanın baş naziri də Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib. Ondan artıq erməni olmağa ehtiyac yoxdur, məncə. Amma kimdir baxan, elə öz istədikləri kimi deyir, yazırlar. Təəssüf, başqa nə deyəsən. Bu qədər qərəzli mövqeyə deyiləcək başqa söz qalmır.
Amma zamanla hamısı susacaq. İnanırm ki, həqiqəti çoxları bilir, amma maraqlarına uyğun olmadığı üçün (hər halda başqa səbəb görmürəm) birtərəfli mövqe tuturlar. Bizim üçün önəmli olan torpaqlarımızın azad olunması və bayrağımızın bütün əarazimiz boyunca dalğalanmasıdır. Bu da mütləq olacaq.  Buna inandım və indi də inanıram. 

Sonda Y.Tarle  “Napaleon“əsərində yazdığını xatırlayaq və elə bilirəm ki, nə demək istədiyimi bundan artıq heç nə ilə daha aydın ifadə edə bilməzdim.

“Napoleon Elba adasından iknci  dəfə hakimiyyətə gəlmək üçün yola çıxarkən Parisdəki vəziyyət belə idi. Hökumtə və hakim dairələrə yaxın Paris dövri mətbuatı ifrat özünə arxayınçılıqdan tam  ruh düşkünlüyünə və açıq qorxuya düşdü. Bu günlərin mətbuatı üçün Napoleon cənubdan şimala doğru irəlilədikcə onun ardınca qoşulan epitetlətin də kəskin ardıcıllığı  səciyyəvi idi.  İlk xəbər: “Korsika canavarı Juan buxtasına çıxmışdır.” İkinci xəbər: “Qaniçən Qrassa gedir.” Üçüncü xəbər: “Qəsbkar Qrenbola girmişdir.” Dördüncü xəbər: “Bonapart Lionu tutmuşdur.” Beçinci xəbər: “Napoleon Fontenebloya yaxınlaşmışdır.” Altıncı xəbər: “Əlahəzrət imperator bu gün özünün sadiq Parisində gözlənilir.” Bütün bu ədəbi qrammalar bir neçə gün ərzində eyni qəzetlərdə, həm də eyni  redaksiyaya sığışmışdı.”

Vüqar Abbasov. Niderland.
[email protected] 

 

TƏQVİM / ARXİV