Slikon dodaq, yaxud da “Psixotria elat” - Eminquey yazır

EMİNQUEY AKİF
3094 | 2024-02-19 17:30

Bir bitki çıxdı rastıma.

Elmi adı "Psychotria elata"dır. 

El arasında "İsti Dodaqlar" deyirlər.

Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiyada yaşayır.

Bu bitki dəri xəstəlikləri, nəfəs darlığı, ilan sancması və digər fiziki problemlərin müalicəsi üçün istifadə olunur.

Yerli icmaların mərasimlərində bu bitkidən "uyuşmaq" məqsədi ilə də istifadə edilir (n*rkotik vasitələrin verdiyi təsir kimi).

Bu bitkini görən kimi ölkəmizin son 10 illiyində dəb olan slikon dodaqlar yadıma düşdü. O slikon dodaqları görəndə düşünürəm ki, görəsən ağızlarıyla necə nəfəs alırlar? Slikon dodaqlar dəriyə mütləq ki ziyandır. Elə bilirsən ki elə bitkinin özünü də, o slikon dodaqları sa ilan sancıb. Sən demə bitki bu kimi xəstəliklərin dərmanını özündə daşıyır. Qəribə təzaddır.

Hətta sən demə “uyuşdurucu” kimi də istifadə olunur. Hə, vallah. Elə bu slikon dodaqlar da narkotik kimi yayılıb qadınlarımızın, hətta “kişi”lərimizin canına. Üstəgəl, adın özü “Psixotria” var. Deyərdim ki, bu dodağını nənəm demiş, toyuğun bir zadına oxşadanların da psixoloji travması var. 

Nə isə. 

Deyəsən, nəinki bu bitki ilə slikon dodaqları müqayisə edən, hətta bu bitki haqqında yazan ilk Azərbaycan yazarı da mən oldum.

Sizi “Psixotria elat”!

TƏQVİM / ARXİV