ÜRƏK YANSA... - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
140821 | 2019-09-21 11:00

Xəstəxanada mənimləbir palatada yatan ərəb qadınla yarıingilis, yarıərəb, yarı da əl-qol hərəkətləriilə söhbətimiz zamanı qəribə bir təəccüblə mənə baxıb: Are you muslim? –soruşmasını unuda bilmirəm. Üzünün ifadəsindən çox şey oxunurdu. Qadına ikicavabdan birini verə bilməmişdim. Hə desəm, ərəb qadınının baxış bucağındanaçıq qollu koftam, cins şalvarım və açıq saçlarımla müsəlman kimi görünmürdüm.Yox desəm, içimdəki inanca xəyanət olurdu.

Məhərrəm ayını, İmam Hüseynin İslam dinindəkiali mərtəbəsini ifadə edən Aşura Günü mərasimi - insanların iradəsindən asılıolmadan əsrlərdən keçərək bugünə gəlməsinə baxmayaraq biz insanlar Allahın istədiyitərzdə müsəlman ola bilmirik. Bugün özünümüsəlman hesab edən milyardların içindən üç yüz on üç əsl müsəlman çıxmır.Yəni, hədislərə istinad etsək, yer üzünə 313 təmiz İslam inanclı müsəlman gəlsə,SahibbəzZamanın qeybdən gəlişi mümkün olacaq! O gəlişin Yer üzünə gətirəcəyigözəlliklərin əvəzsiz olduğunu bildiyi halda müsəlman hələ də müsəlman olabilmir.

Bir dəfəAşura günü (iyirmi altı ildən çox vaxt keçib) qonşu qadınlar həvəsləndilər ki,toplanıb Xırdalan məscidinə gedək. Gülmə krizi (bu sözün qarşılığını bilmirəm) olanbir qonşuma da tapşırdılar ki, nəbadə orada güləsən! Özündən asılı olmadanharda gəldi gülmək tutan bu qonşum qaynanasının cənazəsinin üstündə də şaqqanaqçəkib gülərək bütün məclisi güldürmüş və molladan böyük bir "Allah sənə lənəteləsin!”ni almışdı.

Yolboyudeyib-gülən kim, qeybət edən kim, başıbağlı məscidə tərəf gedən qadınları ələsalan kim... hara, kimin məclisinə getdiyini, niyə getdiyini heç kim dərk eləməgücündə deyildi. Nəysə, çatdıq. O qədər qələbəlikdi ki, iynə atsan yerə düşməzdi.Basabasda birtəhər içəri keçə bildik. Qadınlar sıx-sıx oturmuşdular. Ortadaqaşı tatuajlı, alnının arasında göy damğası olan və üzündə bir damcı nur sezilməyənyaşlı qadın canfəşanlıq edir, məclisi ələ almağa çalışırdı. Amma heç bir dinisavadı olmadığı, alayarımçıq bir-iki hədis, dua əzbərləyib, özünü dahi hesab edənlərdənolduğu və istedadsız artistliyi hər halından bəlli idi. Özünü Hüseyn(ə)aşiqiymiş kimi göstərməyə çalışaraq üz-gözünü əzib-büzdükcə daha ikrahediciolurdu. Onu görəndə qonşular bir-birinə, sonra da oturmağa taqəti olmayan, gülməkdənvə ətrafın qınağından çəkinərək özünü sıxıbməscidin ortasındakı dirəyə sıxılan qonşuya baxdılar. Vəssəlam! Bayaqdanəzabla özünü birtəhər tutan qonşumu bundansonra tutmaqmı olardı! Şaqqanaq çəkərək hər kəsin təəccüb və qınaq dolubaxışını özünə cəlb etdi... Müsibət ondan sonra başladı. "Hüseyn aşiqi” qadınaz qala qonşuma ölüm fətvası çıxaracaqdı. Ağzından çıxan o qədər tərbiyəsizsözlərlə yaddaşımın nifrət guşəsinə düşən məsciddə hegemonluq edən qadın...

İki il əvvəlİğdırda Aşura məclisində oldum. Bütün şəhər matəm libasında idi. Geyimlərin əksəriyyətiqara və yaşıl rəngdə idi. Başlarına üstünə "Ya Hüseyn” yazılmış yaşıl lentbağlamışdılar. Camaat basabas yaratmadan bir-birinə sayqıyla düşülmüşdülər. Mərkəzdəhocalar əyləşmişdi. Maraq məni götürmüşdü, yaxınlaşıb söhbətlərinə qulaq asdım.Dini, Aşuranı hər kəsin anlaması üçün bundan gözəl məclis ola bilməzdi. Həsədapardım... və cahilliyə sürüklənən gənclərimizə yazığım gəldi...

Çox şükür ki, tək-tək də olsa Hacı Şahin kimidini liderlərimiz var. Arabir ayrı-ayrı məscidlərdə oluram, amma dəyişənzahirdi, batil eynidi – özünü müsəlman hesab edən və İslamın qaydalarına riayətetməyən nadan insan yığını. Təəssüf ki, bu qaragüruhu Kərbəlada da, Nəcəfdə də,Küfədə də, Samirədə də, Məşhəddə də, az fərqlə, bənzər gördüm. Özünü müsəlmanhesab edən və bir-birini əzib, tapdayıb irəli keçmək – Hz.Hüseyn(ə)in türbəsinəəl sürtmək istəyən çalışan cahil insan yığını. Bu qaragüruh üzündən getdiyimziyarətin feyzini də ala bilmədim...

Filan məscidin axundu "hacı filankəs” deyilənlərlədəfələrlə söhbət eləmişəm və sonda yenə məyus olmuşam. Ağızlarını açanda, söhbətlərindənsavadlarını, məramlarını, inanclarını anlamaq istəmişəm. Sıfıra gəlib çıxmışam.İstədiyim nədir bilirsinizmi? Məscidlərimizdə müqəddəs Qurandakı, xəyalımdakı,filmlərdəki ideal İslamın təbliğatçısını nur üzlü, imanlı, güvənə biləcəyin qədərhəlim, xoşxasiyyət, şərəfli, maraqlandığın qaranlıq sualları səni qınamadan səbirləizah etməyə həddən çox savadı olan, içindəki dərdlərin qaranlıq tərəflərini sənəaçıb izah edərək ordan yüngülləşmiş, dərs almış kimi yola sala bilən biriolsun! Bir din xadimi üçün normal olan bu deyilmi? İnsan bəzən bir ideal,istinad axtarır. Təbii ki, Quran müsəlman üçün ən ideal istinaddı, amma özünüdinin daşıyıcıları, təbliğatçıları hesab edən insanlarda bu sifətin olmasıvacibdi, bunu özlərində tərbiyə etməyə borcludular. Çünki insan gördüyünügötürür. Amma mollalarımızın çoxu "Dediyimi elə, elədiyimi eləmə!” deyir.

Deyir məsələn,bir yapon soruşsa ki, müsəlman necə olmalıdı? Cavab versən ki, oğurluq etməməli,yalan danışmamalı, böhtan atmamalı, qeybət etməməli, adam öldürməməli, haqq yeməməli,rüşvət almamalıdı, namusa, şərəfə toxunmamalıdı... O zaman yapon deyəcək ki, bizdəbunu heç kim eləmir ki, onda biz də müsəlmanıq? Çünki bu sadalananlar zahirdənbir hissədi – özünü insan hesab edənin etməli olduğu şeylərdi.

Dinin batininə varmaq, içdən anlamaq, hiss etməkonu sevdirə bilər – o aliliyə çatdıra bilər insanı. Məsciddə o qadının ətrafındakılaraqışqıraraq: Ağlayın da, nəyə gəlmisiz bura! - deyə əmr verməsi cahilliyininmiskin ifadəsiydi.

O içdənyanmanı illər sonra, o tarixi – Həzrət Hüseyn əleyhissəlamın həyatını öyrənərək, anlayaraq, o illərə səyahət edərəktəsəvvüründə o müqəddəslərlə söhbət etmə cürəti taparaq anlayır insan. Dərinə -batinə vara bildikdə, o ilahi aşiqliyin yanğısını ürəyinin göynərtisində hissedə biləndə göz yaşların öz-özünə axır yanaqlarına. Kini, nifrəti, bütünpislikləri içindən yuyub aparır. Yaxşılıq eləmək, əl tutmaq, təbəssümünlə dəolsa qəlb sevindirmək, gözəlliklər yaratmaq istəyirsən. İçindən süzülüb gələn o göz yaşlarındanyüngülləşir, yeni həyata düşmüş kimi hiss edirsən özünü və sonsuz bir sevinc dədolur qəlbinə... Kaş ki, hər kəs bunu öz qəlbində hiss edə bilsə!!!


TƏQVİM / ARXİV