XIRDALAN YOLLARI TOZLU, DUMANLI - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
58564 | 2019-09-06 16:35

Azərbaycanda ənzəhmətkeş, ən çox işləyən kimdi, bilirsinizmi? Yol işçiləri! Ən işgüzar qurumda yol-tikinti idarələri. Onları əməksevərlikdə qarışqalara, arılara bənzədirəm.İl uzunu işləri var, hətta yollar hamar olsa belə, xətkeşlə ölçüb, bəyənmirlərvə yenə sökürlər. Təkcə yaşadığım Xırdalan şəhərində ildə iki dəfədən azolmayaraq tikinti işləri aparmasalar ürəkləri soyumur. Tikirlər, sökürlər,sonra yenə tikirlər, xoşlarına gəlmir, sonra yenə sökürlər. Yollar tam hazırolanda Su idarəsi gəlir ki, mənim bu yoldan su borum keçməlidi! Yol idarəsisevinə-sevinə "yol verir”. Sökürlər, yenidən tikirlər.

Sonra Qazidarəsi Yolu yolayaxın bilib qazlı-qazlı gəlir ki, mən də bu yoldan keçəcəm!Yol idarəsi həvəslə, incimədən, hətta üzrhaxlıqla sökür, yenidən tikir.

SonraKanalizasiya idarəsi gəlir, mənə yol verməsən, mənə yol verməsən, biabırçılıqolacaq! Ürəyiyumşaq, üzüyola yol idarəsi kimi incidər ki! Yenə sökür, tikir!

Yaxşı ki,elektrik naqillərimiz, telefon xətlərimiz, daha nələr, nələr yoldan keçmir!

Biz Xırdalan şəhər sakinləri o qədər alışıböyrəşmişik ki bu vəziyyətə, yol tikintisi olmayanda özümüzü birtəhər hissedirik. Narahat oluruq ki, görəsən yol tikinti qurumları sağdılarmı, sağdılarsabizdən inciməyiblər ki, niyə yaddan çıxmışıq, məsələn beş ay keçib, amma yollarsökülməyib. Amma sağ olsunlar çox da intizarda qoymayırlar bizi. İki ay olaryenə sökdülər, nə zaman tikilib başa çatacağı bilinməsə də, sökmə işində fəalolduqları hər hallarından bəllidi. Tikməyi də belə sürətlə bacarsalar...

Şəhəri başınagötürmüş tozanaq fəslin bu qorabişirən çağında təri dabanından süzən insanlarınxarici görkəmini evə çatana qədər bir neçə şəklə salırr. Qulaqlar, yaranmıştıxaclarda daralmış yolu sürtünə-sürtünə keçən avtobus, kamaz, yaxud şəxsiminik avtomobillərinin sürücülərinin bir-birinin, yol sökənin, yol tikənin,daha kimlərin, kimlərin ünvanına söylədikləri yeddimərtəbəli "yadetmələrə”alışıb. Əsəbi sürücülərin aqressiv sərnişinlərlə davasını videoya çəksənmaraqlı bir film alınar.

Sərnişin evindən səliqəli üst-başla hansı rəngdəçıxırsa çıxsın, mənzil başına hamısı eyni – boz rəngdə, toz rəngdə çatır. Bu dayol işçilərinin Xırdalanda yaratdığı bərabərlik xidmətləridi. Avtomobiliolanların avtomobilləri də eyni rəngə düşür, o üzdən "inomarka”, yaxud "sovetmaşını” fərqi də olmur, kimsə kimsəyə fors eləyə bilmir. Bu da sənə bərabərlik!Düzdü, bu bərabərlik bir az qəzaların sayını artırıb, çünki "tikilən” yolda iməkləyənəsəbi sürücülər Sumqayıt yoluna çıxmağa məcbur olduqlarından sıxlıq yaranır vəgecikdikləri vaxtın əvəzini artıq sürətlə kompensasiya etməyə çalışırlar...ancaq təəssüf ki, həyatları sığortalanmayıb!

Xırdalandaavtobusda tez-tez "off”layan uşağın "Ana, mən gözümü açandan yol tikirlər. Nəvaxt qurtaracaq, bezdim?” deməsinə güldüm. "Sən gözünü dünən açdın, oğlum! Buişlər biz gözümüzü açandan başlayıb, nə vaxt bitəcəyi də yalnız YOL işçilərinə,bir də Allaha məlumdu... Amma sən bu binəva sakinlərə bir kömək edə bilərsən,balaca. Məsələn, böyüyənə qədər onlara birtəhər başa sal ki, su, qaz,kanalizasiya və yol tikinti idarəsi birlikdə toplantı keçirsinlər, planlarınıbirlikdə ortaya qoysunlar, nəticədə yol idarəsini bu qədər əziyyətəsalmasınlar! Və yol idarəsi işçilərinə də anlat ki, ən çox gecələr, istirahətgünləri çalışsınlar ki...


TƏQVİM / ARXİV