adalet.az header logo
  • Bakı -°C

Vətəni canından çox sevənlər... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
595 | 2025-12-19 19:45
A- A+

Mən Vətəni sevən iki cür insan tanıyıram; biri ürəkdən, bir də sözdə sevən! Ürəkdən sevənlər  Vətən yolunda canlarını hər an qurban verərlər.Sözdə sevənlərsə " Vətən, Vətən, - deyər, amma onun çətin günündə  sinələrini irəli verməzlər və qaçıb gizlənərlər. O qədər  belə adamlar tanıyıram ki! Adlarını da çəkə bilərəm.

Sadəcə olaraq onlar dil pəhləvanlarıdı. Ona görə də, heç adlarını, soy adlarını çəkmirəm ki, qanınızı qaraltmayım, çünki belələrini siz də tanıtırsız və özü də çox yaxşı taniyırsız! Onlarla işimiz yoxdu! Biz Vətəni sevən, onun yolunda hər cür çətinliyə dözən , o yolda ölümdən belə qorxmayan bir vətənpərvər dostumuz və qardaşımız haqqında söhbət açmaq istəyirik.

Bu, Qubadlının Mollu kəndində boya- başa çatmıs , dərin kökü olan, nəsli- necəbati tanınan İlham Əliyevdir. Mən İlham müəllimi 25 ilə yaxındır ki, tanıyıram.Və həmişə də onun sadiyinə, səmimiyyətinə və dostluqda sədaqətinə heyran olmuşam. İnananın, o, elə adamları çətin vəziyyətdən çıxarıb, onlara arxa durub ki, həmin insanlar bu nəcib hərəkətinə görə İlham  qardaşımıza  minnətdarlıq ediblər.

Çünki bu insanların ağlına belə gəlməzdi ki, İlham Əliyev onları axtarıb tapar və çətinlikdən çıxarar . Və bunların heç birini - elədiyi yaxşılıqlar o, heç vaxt dilinə gətirməz! Əlbəttə, mənən zəngin, görüb- götürmüş adamlar elə onun kimi hərəkət edirlər.Təbii ki, belə insanları Allah da çox istəyir.

Ən azından ona görə ki, Allahın verdiyi ruzini imkansız və kasıb adamlardan  gizlətmir. Allah da İlham müəllimin əliaçıqlığını görüb, o ruzini qat - qat artırır. Torpaqlarımız işğal olunan günlərdə o, bu dünyada rahatlıq tapa bilməyib. Və həmişə də Qubadlı deyib, Şuşa deyib, Zəngilan deyib, Ağdam deyib, Laçın deyib, Gəlbəcər deyib...Yənı Vətənin işğal altında olan torpaqlarımız üçün dodağı dörd yerdən çartlayıb.  

O, Birinci Qarabağ Savaşında həmişə ordumuza , əsgərlərimizə dəstək  olub.Tez- tez Qarabağda , o cümlədən Qubadlıda olub və bir vətən oğlu kimi bacardığı maddi və mənəvi köməkliyi  göstərib. Və ən nəhayət bütün Qarbağ torpağı işğaldan tamamilə azad olunandan sonra Qubadlıda və digər  rayonlarda  abadlıq , quruculuq işlərində yaxından iştirak edib və bu gün də bu missiyanı davam etdirir.

 Başqaları kimi o, " Vətən, Vətən",- demir. Öz isi, öz əməli ilə Vətənə arxa durur, dayaq olur. İlham qardaşımız təpədən - dırnağatək  Türkçüdür. Belə ki, o, Ulu Öndər Heydər Əliyev,  Prezident İlham Əliyevi sevdiyi qədər Atatürkü sevir. Və deyir ki, bir millət, iki dövlət olan- Türkiyə - Azərbaycan dostluğu əbədidir. Çünki bu dostluğun keçmişi ən uzaq tarixə kimi uzanır. İlham qardaşımız Türk xalqlarının böyük oğlu Atatürkün anım gündə  bu dahi şəxsiyyətin məqbərəsini  ziyarət edib! Vətən yolunda şəhid olurlar, qazi olurlar, qalıb olurlar.

Eləcə də Vətəni canından çox istəyən İlham müəllim kimi oğullarımız da  var. Və biz belə mərd , igid  və qəhrəman  oğullarımızın hesabına  torpaqlarımızı erməni işğalından azad elədik və ərazi  bütövlüyümüzü təmin olundu.Allah belə oğullarımızı qorusun!!!

TƏQVİM / ARXİV