19 Iyul 2017 00:32
16759
GÜNDƏM

YUQOSLAVİYA MÜHARİBƏSİ

(Əvvəli ötən sayımızda)

Kosovo və Metoxiyadakı müharibə

(1998-1999-cu illər)

XX əsrin 90-cı illərinin ikinci yarısından Kosovoda Kosovo Azadlıq Ordusu (KAO) hərəkətə keçməyə başladı. 1991-98-ci illər ərzində alban terroristləri ilə serb polisi arasında 543 toqquşma olmuşdur və bunlar 75 faizi son ilin axırıncı 5 ayına düşmüşdür. Rəsmi Belqrad bu zorakılıq dalğalarının qarşısını almaq üçün Kosovo və Metoxiyaya 15 min nəfərdən, 140 tankdan, 150 zirehli maşından ibarət xüsusi polis dəstəsi göndərmişdi. 1998-ci ilin iyul-avqust aylarında serb ordusu uğurlu əməliyyat nəticəsində ərazinin 40 faizini ələ keçirmiş terrorçu mövqelərini məhv edə bildi. Bu, NATO-ya üzv ölkələrini qəzəbləndirdi və onlar paytaxt Belqradı bombalamaq təhdidi altında Kosovodan öz ordularını çıxarmağı tələb etdilər. Serb qoşunları ərazidən çıxarıldı və KAO-nun terrorçuları Kosovo və Metoxiyanın böyük bir hissəsini ələ keçirdi.
Beləliklə, serblərin zorakılıqla Kosovodan qovulması başlandı.
1999-cu ilin mart ayında BMT-nin nizamnaməsinin pozulmasından sonra NATO Yuqoslaviyaya qarşı "humanitar müdaxilə"yə başladı. "İttifaq gücü" əməliyyatının birinci mərhələsində 460 hərbi təyyarə istifadə olunmuş və əməliyyatın sonlarında bu rəqəm 2,5 dəfə artdı. NATO-nun quru qoşunlarının sayı ağır zirehli texnika və xüsusi raketlərlə silahlandırılaraq 10 min nəfərə qalxmışdır. NATO-nun hərbi dəniz qüvvələri əməliyyatın birinci ayında "qanadlı raket"lərlə silahlandırılmış və 100 təyyarə ilə təchiz olunmuş və 50 gəmiyə qədər qalxmışdır. Sonradan bu rəqəm 4 dəfə daha da artdı. NATO-nun bu əməliyyatında ümumilikdə 927 hərbi təyyarə, 55 gəmi və 4 təyyarə gəmisi istifadə edilmişdir. Hətta NATO xüsusi kosmik qurğulardan istifadə edirdi. NATO-nun Yuqoslaviyaya qarşı aqressiyasının əvvəllərində Yuqoslaviya quru qoşunları 90 min nəfər əsgərdən və 16 min nəfər polis və təhlükəsizlik orqanlarının işçilərindən ibarət idi. Yuqoslaviya ordusunun 200-ə yaxın hərbi təyyarəsi və məhdudlaşdırılmış döyüş imkanları olan 150 zenit raket kompleksi var idi. Yuqoslaviya iqtisadiyyatının 900 obyektini məhv etmək üçün NATO 1500-ə yaxın qanadlı raketlərdən istifadə etmişdir. Əməliyyatın birinci mərhələsində bu raketlər vasitəsilə Yuqoslaviyanın neft sənayesini dağıtmış, 50 faiz hərbi ehtiyatlar sənayesini, 40 faiz tank və avtomobil sənayesi, 40 faiz neft buruqlarını və bütün strateji körpülərini məhv etmişdir. Bir sutka ərzində Yuqoslaviyaya qarşı 600-800 arası hərbi uçuşlar keçirilirdi. Bu əməliyyatda 38 000 hərbi uçuş keçirilmiş, 2000 qanadlı raket istifadə olunmuş, 20 000-dən çox bomba və uzaqdan idarə olunan raket atılmışdır. Eləcə də 37000 uran mərmisi istifadə olunmuş və nəticədə Yuqoslaviyada 23 ton Uran-238 qəlpələri saçılmışdır.
Yuqoslaviya tərəfindən alınan məlumata görə, NATO-ya və ona üzv olan ölkələrə məxsus 61 hərbi təyyarə, 238 qanadlı raket, 39 pilotsuz uçan aparat və 26 helikopter məhv olmuşdur. Yuqoslaviya tərəfi müharibənin ilk günlərində öz aviasiyasının və hava müdafiə sisteminin (70 faiz zenit raket kompleksinin) böyük bir qismini itirmişdi. Yerdə qalan qismini isə Yuqoslaviyanın hava müdafiə əməliyyatlarını keçirməkdən imtina etdiyinə görə qorumaq qalmışdı.
NATO-nun bombalaması nəticəsində 2500-dən çox dinc sakin ölmüş, 7000-dən çoxu yaralanmış, 82 körpü dağıdılmış, 422 bina dağıdılmış, 48 tibbi obyekt və həyat üçün əhəmiyyətli infrastruktur məhv olmuşdur. 2,5 milyona yaxın Yuqoslaviya sakini evsiz qalmış və 750 minə yaxını qaçqın düşmüşdür. NATO qəsbkarlığının Yuqoslaviyaya yetirdikləri xəsarət nəticəsində ölkəyə 100 milyard dollardan çox zərər dəymişdir.
10 iyun 1999-cu ildə NATO-nun baş katibi Yuqoslaviyaya qarşı hərbi əməliyyatları dayandırdı. Yuqoslaviya hakimiyyəti Kosova və Metoxiyadan öz hərbi və polis qüvvələrini çıxarmağa razılaşdı. 2000-ci ilin aprelinə qədər Kosovoda NATO-ay məxsus 41 000 nəfərdən ibarət qoşun yerləşdirilmişdir. Amma bu xalqlarası zorakılığın qarşısını ala bilmədi. NATO qəsbkarlığının bitməsindən bir il sonra Kosovoda 1000-dən insan qətlə yetirilmiş, 200 000 serb və çernoqoriyalı, eyni zamanda 150000 digər etnik qruplar evlərindən didərgin düşmüşdülər. 200-ə yaxın kilsə və monastr albanlar tərəfindən yandırılmışdır.