"1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb" - Nazir
"Əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində layihələr davam edir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti ildə DSMF-nin xərcləri cari ildən 10,5 % çoxdur: “Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonuna yaşa görə orta aylıq pensiya 527,3 manat olaraq proqnozlaşdırılır. Pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb".
Digər Xəbərlər
21 Yanvar 2026 17:27
Azərbaycan Britaniyadan qızıl tədarükünü artırdı
21 Yanvar 2026 17:23
Şaxtavurmaya görə fermerlərə nə qədər ödəniş edilib?
21 Yanvar 2026 14:49
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
21 Yanvar 2026 14:48
Yaşa görə pensiyanın orta aylıq məbləği 53 manat artırılacaq
21 Yanvar 2026 14:48
"Bu dəyişiklik vətəndaşların pensiya məbləğini artırardı" - Deputat
21 Yanvar 2026 11:20
“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil”
21 Yanvar 2026 10:38
"Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir"
21 Yanvar 2026 09:59


Bakı -°C

