Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi
ABŞ-nin çip nəhəngi “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə bərpa olunan Jensen Huanq posta qayıdışının Prezident Donald Trampın təzyiqi ilə baş tutması barədə iddiaları rədd edib.
Adalet.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin yazdığına görə, Huanq çıxışında geri dönməsinin məhz şirkətin direktorlar şurasının vəziyyəti hərtərəfli qiymətləndirməsi və faktları ortaya qoymasının nəticəsi olduğunu bildirib.
Baş icraçı direktor vəzifəsinə qayıtdıqdan Huanq kollektivdən üzr istəyib və şirkətin daxili davranış qaydalarını pozduğunu etiraf edib: “Çox pis səhvlər etdim. Həyat yoldaşım Loriyə xəyanət etdim. Uşaqlarımı və əlbəttə ki, hamınızı incitdim”.
Hazırda terapiya aldığını qeyd edən Huanq əlavə edib ki, direktorlar şurası onun davranışlarına görə şirkətdəki gələcəyini dəyərləndirməli olub və nəticədə noyabrın 12-də istefa verib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl “Nvidia”nın idarə heyətini Huanqı baş direktor postuna qaytarmağa razı saldığını iddia etmişdi. Huanq isə bu fikirləri qəbul etməyərək, qərarın idarə heyətinin apardığı araşdırma və faktlar əsasında verildiyini vurğulayıb.
Digər Xəbərlər
25 Noyabr 2026 08:08
Pezeşkian ağlayarkən görüntüləndi - VİDEO
25 Noyabr 2026 08:06
İran rəsmilərinə sui-qəsd ediləcək? - Ağ Evdə yeni ssenari
24 Noyabr 2026 23:18
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 Noyabr 2026 22:35
Türkiyədə helikopter qəzası:5 hərbçi həlak oldu - YENİLƏNİB
24 Noyabr 2026 20:22
ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
24 Noyabr 2026 17:48
"Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb"
24 Noyabr 2026 17:43
Netanyahu onun öldürüldüyünü açıqladı
24 Noyabr 2026 15:09


Bakı -°C

