adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 22:35
35
DÜNYA
A- A+

Türkiyədə helikopter qəzası:5 hərbçi həlak oldu - YENİLƏNİB

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

21:42

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəza edib.

Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.