“1xBet” vasitəsilə qanunsuz mərc oyunları təşkil edənlər tutuldu - KMBİ-dən əməliyyat
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
Adalet.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “1xBet” platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, C.Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək “1xBet” saytı üzərindən “BakuCash” profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən “Telegram” tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Belə platformalar insanların maddi ziyana məruz qalmasına, və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara “1xBet” və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Digər Xəbərlər
29 Iyun 2026 18:41
Bakda marketdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:58
Çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı - VİDEO
29 Iyun 2026 09:42
Polis Saatlıda əməliyyat keçirdi - Həbs edilənlər var - FOTO
28 Iyun 2026 10:02
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27 Iyun 2026 11:11
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
26 Iyun 2026 09:45
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı - VİDEO
25 Iyun 2026 13:11
Bakıda dəniz sahilində su polisi əməliyyat keçirdi - Saxlanılan var
24 Iyun 2026 10:31


Bakı -°C

