Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.
Adalet.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
25 Avqust 2026 18:10
Ayrı-ayrı sərnişinlərə paylayıb ölkəyə gətirsələr də saxlanıldılar
24 Avqust 2026 17:00
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb - VİDEO
22 Avqust 2026 11:38
Polis avtomat, qumbara və tüfənglər aşkarladı
21 Avqust 2026 15:59
Kiberpolis əməliyyat keçirdi - Elcan Cəfərov saxlanıldı - VİDEO
21 Avqust 2026 11:08
Su Polisi ƏMƏLİYYAT keçirdi
20 Avqust 2026 09:56
17 il axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən xüsusi əməliyyat
19 Avqust 2026 17:34
Bakıya gələnlərə bağlamalar payladılar - Qəbul edən şəxs saxlanıldı
19 Avqust 2026 16:31


Bakı -°C

