adalet.az header logo
  • Bakı -°C
26 Avqust 2026 00:02
75
GÜNDƏM
A- A+

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi

25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən “Lufthansa” aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Adalet.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.

“Boeing 787 tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub”, - deyə əlavə edilib.