adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 12:53
70
GÜNDƏM
A- A+

Hərbi toplanış kimlər üçün məcburi deyil?

Hərbi toplanışlar ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunur.

Adalet.az xəbər verir ki, qanunvericiliyə görə, bəzi şəxslər bu toplanışlara cəlb edilmir.
Azad olunan əsas kateqoriyalar bunlardır:

Ehtiyata buraxıldıqdan sonra 1 il ərzində olan hərbi vəzifəlilər (hərbi yoxlama toplanışları istisna olmaqla);

Müəyyən edilmiş qaydada bron edilmiş hərbi vəzifəlilər;

Müddətli hərbi xidmətə çağırışdan möhlət və ya azadolma hüququ olan şəxslər;

Qadın hərbi vəzifəlilər;

Mülki aviasiyada uçuşların birbaşa təmin edilməsində çalışan uçuş və texniki heyət;

Dəniz gəmilərinin üzgü heyəti (ehtiyatda olan Hərbi Dəniz Qüvvələri zabitləri istisna olmaqla);

Əyani təhsil alanlar təhsil müddətində, qiyabi təhsil alanlar isə semestr, sessiya, diplom işi və ya dissertasiyanın hazırlanması və müdafiəsi dövründə;

Hərbi uçotdan çıxarılaraq xidmət etdikləri dövlət orqanında xüsusi qeydiyyata alınan şəxslər.

Qeyd edək ki, toplanışdan azad edilmə ilə bağlı qərarı hərbi vəzifəlinin qeydiyyatda olduğu müvafiq dövlət orqanının rəhbəri verir.