Tofiq Bakıxanovla vida mərasimi keçirilir - Prezidentlə xanımı əklil göndərdi
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Adalet.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.


Bakı -°C

