Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrananın müstəqillik günü münasibəti ilə xalqlnı təbrik etməsi və rusların ukraynanıları "qardaş xalq" adlandırmasının səhv olmasını bəyan etməsi, Rusiyanı bərk qıcıqlandırıb.
RF-sı yanında Maliyyə Universitetinin dosenti İqor Semyonovski, Ukrayna prezidentinin bu çıxışını "şovinict və millətçi" manevri kimi qiymətləndirib. İqor "müəllimin" fikirincə, "Zelenskinin yalan tezislərlə, hətta nüvə təhlükəsi tezisləri ilə ritorikasında Rusiyanı aşağıamaq istəyi müşayət olunur".
Özünü siyasi ekspert kimi təqdim etməyə çalışan Rusiyalı politoloq qeyd edir ki, Zelenski guya bilərəkdən pauza verməklə danışıqlar prossesini uzatmağa çalışır.
Rusiya tərəfi hesab edir ki, "Ukrayna əslində heç vaxt müstəqil olmayıb, 1990- cı illərdən başlayaraq, Moskvanın əlinə baxıb". Belə çıxır ki, hazırki Rusiya hakimiyyəti 1991- ci ildə rəsmi olaraq Ukraynanın müstəqiliyini tanıyan Rusiyanın ilk prezidenti Boris Yeltsinin imzasını legitim saymır?
Beynəlxalq qurumlar tərəfindən (ilk növbədə elə Rusiyanın özü tərəfindən) suveren dövlət kimi tanınan Ukraynaya hücum edib ərazilərini işğal edən, yüz minlərlə insanın qətlə yetirilməsinə, milyonlarla insanın doğma yurd-yuvalarından məhrum olmasına bais olan, artıq 5-ci ildir ki, Ukrayna torpaqlarlnda müharibə aparan Rusiya, ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan Ukrayna xalqını, şovinizmdə, terrorçuluqda, millətçilikdə ittiham edir (?). Gülməli deyilmi? Əslində yox, daha çox ağlamadır.
Gecə-gündüz Rusiyanın kütləvi informasiya məkanlarından, televiziya kanallarından Ukraynanı və ukraynalıları açıq şəkildə təhqir edən solovyovlar, skabayevalar və onlara züy tutan marqarita simonyanlar, semyon baqdasarov kimi Kremlin erməni təbliğatçıları, adlarını başqasına qoyub, ukraynalıları "şovinizimdə", "millətçilikdə", "terrorçuluqda" günahlandırırlar.
Kremlin rəhbərlərinin fikirincə, Rusiyanın dediyi ilə oturub durmayanlar "Rusiyanın düşmənləridirlər", "şovinisdilər", millətçidirlər". Guya, artıq 35 ildən çoxdur müstəqillik əldə edən, keçmiş postsovet ölkələrinə yenə, Moskva nəzarət etməlidir.
İllərdi Ukrayna ilə bacarmayan, Kim Çen I-nın əsgərlərinin ümidinə aalan, imperiya xislətlərindən əl çəkməyən Kremlin "sahibləri", dayanmadan Avropa ölkələrini də, "terrorizmə dətək verməkdə" ittiham edərək, onlarıda nüvə silahlarl ilə hədələməkdən belə çəkinmirlər.
Ukrayna isə, nəinki müqavimət göstərətək təslim olmur, hətta demək olar ki, Rusiyanın min km-lərlə daxilində yerləşən strateji əhəmiyyətli hərbi obyektləri, yanacaq istehsal edən sahəri dron zərbələri ilə sarsltmaqda davam edir.


Bakı -°C
