Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, Bolqarıstan Taekvondo Federasiyasının prezidenti, sahibkar və siyasətçi Slavi Binev Sofiyada öldürülüb.
Adalet.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Polis Baş İdarəsinə istinadən NOVA telekanalı məlumat yayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Binevə bir dəfə atəş açılıb. Hadisə yerində bir ədəd boş giliz aşkar edilib.
Mənbəyə əsasən, 60 yaşlı Binev paytaxtın Pavlovo rayonunda güllələnərək öldürülüb. Bildirilir ki, polisə məlumat verildikdən bir saat sonra, Sofiyadan çıxmağa cəhd edən üç şübhəli şəxs - bir Bolqarıstan və iki Türkiyə vətəndaşı Trakiya avtomagistralında saxlanılıb. Onların üzərində silahlar aşkar edilib. Silahlardan biri nəqliyyat vasitəsi saxlanılmazdan əvvəl atılıb, digəri isə şübhəlilərdən birinə məxsus çantada tapılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16
Britaniya xalqı nəyə hazırlaşır? - Hökumət insanları təlimatlandırdı
24 Oktyabr 2026 12:48
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
24 Oktyabr 2026 09:33


Bakı -°C

