FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - Video
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır.
Adalet.az xəbər verir ki, bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlər görülür.
Növbəti belə müayinə 6-23 oktyabr 2026-cı il tarixlərində FHN Tibb Xidmətinin Hospitalı tərəfindən Nazirliyin Aran Regional Mərkəzində təşkil olunub.
Yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılan tibbi müayinələr çərçivəsində Nazirliyin Aran bölgəsində fəaliyyət göstərən yerli strukturlarının əməkdaşları laborator və instrumental diaqnostik testlərdən keçirilib, aşkar olunan sağlamlıq problemləri üzrə zəruri müalicə kursları təyin edilib.
Qeyd edək ki, şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası məqsədilə belə dispanser müayinələr FHN əməkdaşlarının xidməti fəaliyyətin effektivliyinin daim yüksək səviyyədə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Bakı -°C

