Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsini ümumi prioritet adlandırıb.
Adalet.az xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Dan Nekulesku Türkiyənin xarici işlər naziri Hakan Fidanla ilk telefon danışığının yekunlarına əsasən bildirib.
"Bizim geniş ikitərəfli gündəliyimiz var və ortaq prioritetimiz var - bu, Qara dənizdə təhlükəsizliyin təmin edilməsidir. Ticarət gəmilərinə hücumlar yolverilməzdir. Qara dəniz üzrə müttəfiqlər olaraq birlikdə hərəkət etməliyik", - Nekulesku "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər NATO çərçivəsində əməkdaşlığı gücləndirmək və Bolqarıstanla üçtərəfli danışıqları aktivləşdirmək niyyətindədirlər.
"Qara dənizdəki hadisələr bütün ölkələrə təsir edir. Rumıniya və Türkiyə regionun sabitliyi və qarşılıqlı əlaqəsi naminə əməkdaşlığı gücləndirəcək", - rumıniyalı nazir qeyd edib.
Digər Xəbərlər
24 Oktyabr 2026 14:16
Britaniya xalqı nəyə hazırlaşır? - Hökumət insanları təlimatlandırdı
24 Oktyabr 2026 12:48
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
24 Oktyabr 2026 09:33
"Neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək" - Tramp
24 Oktyabr 2026 09:30


Bakı -°C

