Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
Cənubi Qafqaz hətta ən barışmaz düşmənlərin diplomatiya və ticarətin inkişafı vasitəsilə çoxillik münaqişədən münasibətlərin normallaşmasına necə keçid edə biləcəyinə dair bir nümunə oldu.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun "The Telegraph" qəzeti üçün yazdığı məqaləsində deyilir.
Səfir vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Bakı və İrəvan arasında birbaşa təmasların ilk nəticələrindən biri 2023-cü ilin sonunda Ermənistanın COP29-un keçirilməsi üçün Azərbaycanın namizədliyini dəstəkləmək qərarı olub. İqlim konfransı bir il sonra Bakıda baş tutub.
Tərəflər, həmçinin sərhədin delimitasiyası qaydasını razılaşdırıb və TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump International Route for Peace and Prosperity) layihəsi çərçivəsində əməkdaşlığı müzakirə edirlər.
"Ölkələrimiz arasında iqtisadi əlaqələr hələ TRIPP üzrə danışıqlar başa çatmamışdan əvvəl fəal şəkildə inkişaf etməyə başlamışdı. Bir il əvvəl Ermənistana tranzit məhdudiyyətlərinin ləğvi barədə qərar qəbul edildi. Ermənistan üçün nəzərdə tutulan yüklər Azərbaycan ərazisindən keçməyə başladı. İki ay sonra Azərbaycan Ermənistana öz istehsalı olan benzinin ilk tədarükünü həyata keçirdi və bu ilin ortalarına qədər Azərbaycandan qonşu ölkəyə uğurla ixrac edilən neft məhsullarının həcmi on minlərlə tona çatdı", - o qeyd edib.
Onun sözlərinə görə, yeni regional tədarük zənciri Ermənistanda daxili yanacaq qiymətlərini 20-30 % azaltmağa imkan verib və ölkənin elektrik enerjisi istehsalı sahəsində Çernobıl tipli yeganə sovet atom elektrik stansiyasından həddindən artıq asılılığının azalmasına kömək edir.
"2020-ci ildə müharibənin qızğın çağında cəmi altı il sonra mümkün olanları təsəvvür etməyə çox az adam cürət edərdi. Cənubi Qafqaz hətta ən barışmaz düşmənlərin diplomatik və ticarət münasibətləri vasitəsilə normallaşma yolunda irəliləyə biləcəyini dünyaya göstərdi. Növbəti addım bu sülhü rəsmiləşdirən sazişin bağlanması olacaq. Ümid etməliyik ki, dünyanın müharibənin sarsıtdığı digər hissələri əldə etdiyimiz nailiyyətlərdən cəsarət və ümid tapa biləcəklər", - diplomat sonda vurğulayıb.
Digər Xəbərlər
24 Oktyabr 2026 12:40
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
24 Oktyabr 2026 10:23
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 10:22
“Bu əməliyyatlar baş tutsa da İranda rejimi dəyişəcək bir proses olmayacaq...”
24 Oktyabr 2026 10:18
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
24 Oktyabr 2026 09:01
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
24 Oktyabr 2026 08:40
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
23 Oktyabr 2026 23:38
“Münasibətlərimiz qardaşlıq prinsipləri üzərində inkişaf edəcək” - Dövlət Bağçalı
23 Oktyabr 2026 20:11


Bakı -°C

