Rusiya liderinin "danışıq tərzini əks etdirən "Sadıkov kimdir? - VİDEO
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəsmiləri arasında keçirilən görüşdə tərcüməçi Aleksey Sadıkov xüsusilə diqqət çəkib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Putinin sözlərini ingilis dilinə tərcümə edərkən onun səs tonunu, üz ifadələrini və əl jestlərini təqlid edən tərcüməçi qısa zamanda sosial mediada məşhurlaşıb.
Qeyd olunur ki, Sadıkov təkcə sözləri dəqiq çatdırmayıb, həm də Rusiya liderinin danışıq tərzini əks etdirib.
Sadıkov özü də "Zvezdanews" verdiyi müsahibədə "Biz öz işimizi görürük. Dostlarımla mən bunu yaxşı etməyə çalışırıq", - deyib.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, Alekseyin işi əvvəllər Amerika tərəfi tərəfindən yüksək qiymətləndirilmişdi. Belə ki, 2026-cı ilin yanvar ayında Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Putinin tərcüməçisini "əfsanə" adlandırıb.
Rus dilçisi və tərcüməçisi olan Sadıkov Rusiya Xarici İşlər Nazirliyinin baş məsləhətçisidir. O, müntəzəm olaraq Vladimir Putini Donald Trampla sammitlər də daxil olmaqla, yüksək səviyyəli Rusiya-Amerika görüşlərində müşayiət edir.
Həmçinin, o, dövlət qulluğu ilə yanaşı, dilçilik sahəsində tərcüməçilərin yetişdirildiyi universitetlərdə dərs deyir.
Digər Xəbərlər
17 Noyabr 2026 12:39
Liderlər görüşüşəcək
17 Noyabr 2026 12:23
“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - YENİLƏNİB
17 Noyabr 2026 11:50
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
17 Noyabr 2026 10:50
Pilot lisenziyası dayandırıldı - Uzun müddətdir uçmurmuş
17 Noyabr 2026 10:22
Rusiya Xəzər dənizində terror aktlarının qarşısını aldığını açıqlayıb
17 Noyabr 2026 09:56
Hakan Fidandan Rusiyanın Qara dənizdəki hücumlarına reaksiya
17 Noyabr 2026 09:06
“Qazandığımızdan daha çox itirdik” - “Brexit”i sərt tənqid etdi
17 Noyabr 2026 08:58


Bakı -°C

