“Qazandığımızdan daha çox itirdik” - “Brexit”i sərt tənqid etdi
“Son 10 ildə qazandığımızdan daha çox itirmişik. Bizə təklif olunan sərt “Brexit” Britaniya üçün yaxşı olmayıb”.
Adalet.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Endi Börnhem Londonun tarixi Siti rayonunda ənənəvi olaraq keçirilən “Lord Merin Şam Yeməyi” tədbirində danışarkən deyib.
Baş nazir qeyd edib ki, 2016-cı il referendumundan sonra Aİ-dən ayrılma ölkənin milli gəlirinə 8 faiz mənfi təsir göstərib, maliyyə və texnologiya istisna olmaqla, əksər sektorlar ciddi çətinliklərlə üzləşib. Keçmiş Baş nazir Tereza Meyin yumşaq “Brexit” planının sonradan populist ritorikaya qurban verildiyini deyən Börnhem Avropa ilə münasibətlərin pozulmasını “Köhnə dostlarımızla körpülərimiz yandı” kimi xarakterizə edib.
Onun sözlərinə görə, “Brexit” qlobal miqyasda daxilə qapanma və proteksionist siyasətlərin ilk halqası olub və bu parçalanma zəifləmiş Avropa və NATO görmək istəyən qüvvələrin maraqlarına xidmət edib. Baş nazir gələn ay açıqlanacaq 10 illik inkişaf planı çərçivəsində daha bir onilliyin itirilməsinə yol verməyəcəklərini vurğulayıb.
Cümə günü keçiriləcək Böyük Britaniya-Aİ Zirvə görüşü ərəfəsində danışan Endi Börnhem Avropa İttifaqı ilə yeni əməkdaşlıq razılaşmasının üç meyara (“Makerfild Testi”) cavab verməli olduğunu açıqlayıb. Birincisi, razılaşma Aİ-yə geri dönüşü, Gömrük İttifaqına üzvlüyü və sərbəst hərəkəti istisna edən Leyboristlər Partiyasının seçki manifestinə tam uyğun olmalıdır. İkincisi, yeni sənəd 2016-cı ildən sonrakı mövcud “Brexit” razılaşmasından daha əlverişli şərtlər təqdim etməlidir. Üçüncüsü, əldə olunacaq nəticələr adi vətəndaşların gündəlik həyatına və rifahına birbaşa müsbət təsir göstərməlidir.
Xarici siyasət məsələlərinə də toxunan Baş nazir müdafiə xərclərinin artırılacağını, NATO və Avropa təhlükəsizliyinin gücləndiriləcəyini, eləcə də, əsas müttəfiq olan ABŞ ilə strateji münasibətlərin qorunacağını bildirib.
Digər Xəbərlər
17 Noyabr 2026 08:58
Monqolustan Prezidenti istefa verdi
17 Noyabr 2026 08:33
Rusiya Kiyevdə körpülərə raket zərbələri endirdi
17 Noyabr 2026 08:21
Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək
17 Noyabr 2026 07:37
Wi-Fi yığışdırılacaq, diş məcunu qadağan ediləcək - Ağlasığmaz vədlər verir
17 Noyabr 2026 07:36
İran yüksəkvəzifəli ABŞ rəsmilərinə sui-qəsd hazırlayıb? - Ağ Evdən cavab
17 Noyabr 2026 07:34
Aİ Rusiyanın ən varlı qadınına sanksiya tətbiq etdi
17 Noyabr 2026 07:32
Günahını etiraf edib üzr istədi - “Kinonun nəhəngi devrildi”
16 Noyabr 2026 18:44


Bakı -°C

