adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 08:21
39
DÜNYA
A- A+

Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək

İranla müharibə Vaşinqton üçün daha bir uzunmüddətli münaqişə olmayacaq; Amerika hakimiyyəti bu qarşıdurmanın daha iki il davam etməsinə imkan verməyəcək.

Adalet.az-ın məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News"a müsahibəsində deyib.

"Biz Amerika xalqına daha sonsuz müharibələrdə iştirak etməyəcəyimizi dedik. Bəli, Prezident (Donald Tramp) (Tehranın-red) nüvə proqramını məhv etməyi zəruri sayır, İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Lakin biz bu (İranla münaqişənin - red.) 10 və ya 15 il, hətta açığı, iki il (ABŞ) üçün öhdəliyə çevrilməsinə imkan verməyəcəyik", - o deyib.

Vensin sözlərinə görə, ABŞ orada əbədi olaraq qalmayacaq"

"Biz bunu etməyəcəyimizə söz vermişdik. Mən tamamilə əminəm ki, Prezident bizi bundan əla nəticələrlə çıxaracaq", - vitse-prezident əlavə edib.