“İndi Ronaldonun anasına da cavab verməliyəm?” - Jezusdan ironiyalı reaksiya
Ulduz futbolçu Kriştiano Ronaldonun Portuqaliya milli komandasındakı karyerasını başa vurmasından sonra yaranan gərginlik səngimək bilmir. Ronaldonun anası Dolores Aveyro Portuqaliya Futbol Federasiyasını və milli komandanı sərt tənqid edərək, yığmanın məğlubiyyətinə sevindiyini bildirib. Baş məşqçi Jorje Jezus isə bu açıqlamalara sərt reaksiya verib.
Adalet.az xəbər verir ki, “Sporting” klubunun tədbirində danışan Dolores Aveyro oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini və haqsızlığa uğradığını iddia edib.
“Oğlum, həqiqətən, kədərli idi və mən də çox üzgünəm. Kriştiano milli komandada layiq olduğu hörməti almadı. Komanda yoldaşları da daxil olmaqla, heç kim ona lazım olan dəyəri göstərmədi”, - o qeyd edib.
Aveyro həmçinin Portuqaliya millisinin Danimarkaya 4-1 hesabı ilə məğlub olmasına münasibət bildirərkən hər kəsi təəccübləndirən ifadələr işlədib: “Danimarkanın Portuqaliyanı məğlub etməsi yaxşı oldu, düzünü desəm, bu nəticədən çox məmnun və xoşbəxt idim”.
O, həmçinin Portuqaliya Futbol Federasiyasının planlaşdırdığı vida mərasimini qeyri-kafi adlandıraraq, əsl dəyəri yalnız “Sporting” klubunun verəcəyini qeyd edib: “Vida mərasimi o, orada olanda keçirilməli idi, sonra yox. Ona həqiqətən dəyər verən klub olan “Sporting” vida mərasimi təşkil edəcək, çünki onlar onun qiymətini bilirlər”.
Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus isə Kardiffdə Uelsə qarşı keçiriləcək Millətlər Liqası matçından əvvəl mediaya açıqlamasında Dolores Aveyronun sözlərinə ironiya ilə yanaşıb.
“İndi mən Kriştiano Ronaldonun anasına da cavab verməliyəm?”, - məşqçi ona ünvanlanan suala cavab olaraq bildirib.
Bununla belə, təcrübəli mütəxəssis Aveyroya böyük hörmət bəslədiyini, onun övladlarını böyütmək üçün çox əziyyət çəkdiyini vurğulayıb. Jezus Ronaldo ətrafındakı müzakirələrin bitib-bitməyəcəyi ilə bağlı isə zarafatla qeyd edib: “Bilmirəm bu mübahisə nə vaxt bitəcək. Məndən soruşsanız, cavab verməliyəm. Gələn il yenə Ronaldo haqqında soruşsanız, yenə cavab verəcəyəm”.
Xatırladaq ki, 41 yaşlı Kriştiano Ronaldo sentyabr ayında Danimarka ilə oyunda start heyətində yer almayacağını öyrəndikdən sonra düşərgəni tərk etmiş, nəticədə 30 günlük cəza almış və 5 noyabrda 234 oyun və 146 qolla milli komandadakı karyerasını rəsmən başa vurduğunu açıqlamışdı.
Digər Xəbərlər
17 Noyabr 2026 09:24
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
17 Noyabr 2026 00:18
Azərbaycan millisi Andorraya qalib gəldi
16 Noyabr 2026 19:27
“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
16 Noyabr 2026 19:00
Başına top dəyən futbolçu öldü
16 Noyabr 2026 16:22
Neymar hamilə xanımına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib - FOTO
16 Noyabr 2026 14:10
Luka Modriç Messinin rekordunu təkrarladı
16 Noyabr 2026 09:44
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
16 Noyabr 2026 09:19


Bakı -°C

