Neymar hamilə xanımına Vinisiusun keçmiş sevgilisi ilə xəyanət edib - FOTO
Braziliyalı futbolçu Neymar bu dəfə meydandakı çıxışı ilə deyil, şəxsi həyatına dair yayılan xəbərlərlə diqqət mərkəzinə düşüb.
Adalet.az xəbər verir ki, jurnalist Fabia Oliveiranın "Metropoles" portalında dərc olunan məlumatına görə, "Santos"un hücumçusu həyat yoldaşı Bruna Biyankardinin üçüncü övladına hamilə olduğu dövrdə başqa qadınla yaxınlıq edib.
İddiaların mərkəzində "Real Madrid"in futbolçusu Vinisius Juniorun keçmiş sevgilisi Virciniya Fonseka dayanır. Bildirilir ki, Neymar noyabrın 6-da San-Pauluda təşkil edilən özəl ziyafətdə onunla vaxt keçirib.
Məclisdə telefonların istifadəsinə icazə verilmədiyi üçün görüntülər yayılmasa da, tədbirdə olan şəxslərin sözləri diqqət çəkib. Onların iddiasına görə, Virciniya gecə boyunca Neymarın qucağında rəqs edib. Futbolçunun isə ona "Vivibora" ləqəbi ilə müraciət etdiyi bildirilir.
Neymarla bağlı yayılan bu məlumatlar sosial şəbəkələrdə də maraq doğurub. Hələlik tərəflərdən iddialara dair rəsmi açıqlama verilməyib.
Digər Xəbərlər
16 Noyabr 2026 14:10
Luka Modriç Messinin rekordunu təkrarladı
16 Noyabr 2026 09:44
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
16 Noyabr 2026 09:19
Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə uduzdu
15 Noyabr 2026 23:36
Əfsanələrin dueli 11 qolla yadda qaldı
14 Noyabr 2026 23:45
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
14 Noyabr 2026 09:50
Norveç Uelsi, Portuqaliya Danimarkanı qəbul edəcək
13 Noyabr 2026 13:37
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
13 Noyabr 2026 10:50


Bakı -°C

