adalet.az header logo
  • Bakı -°C
16 Noyabr 2026 14:16
38
ŞOU-BİZNES
A- A+

Elariz ABŞ-dəki qazancından danışdı

Uzun müddətdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu okeanın o tayındakı fəaliyyəti və gündəlik məşğuliyyəti barədə açıqlama verib.

Adalet.az xəbər verir ki, sənətçi bu barədə aparıcı Fərid Rəsulla söhbəti zamanı danışıb. O bildirib ki, Amerikada da musiqi fəaliyyətini davam etdirir, müxtəlif ştatlarda keçirilən toy və ad günü mərasimlərinə dəvət alır.

Elariz Məmmədoğlu Nyu-Yorkda isə restoran biznesi ilə məşğul olduğunu və öz işini idarə etdiyini söyləyib.

"Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu-Yorkda isə restoranımda işimi görürəm", - deyə müğənni bildirib.