Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
Bakıda və Abşeron yarımadasında noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-16° isti, dağlarda 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
Digər Xəbərlər
16 Noyabr 2026 13:23
Leyla Əliyeva: “Hər bir qadın öz gücünə inansın”
16 Noyabr 2026 13:08
Dövlət qulluğuna qəbulla bağlı müsabiqədə müsahibə 2 mərhələdən ibarət olacaq
16 Noyabr 2026 12:21
Küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək
16 Noyabr 2026 11:57


Bakı -°C

