Bakıda güclü külək başlayıb...
Bu barədə hələ bir neçə gün öncə sinoptiklər əhaliyə və aidiyyəti qurumlara məlumat vermişdi. Deməli, insanlar mövcud hava şəraiti ilə bağlı bilgilənmişdi. Üstəlik də əhalinin nəzərinə hidirometreoloqlar onu da çatdırmışdı ki, noyabrın 15-16- da paytaxtımızda yağış yağacaq və bəzi yerlərdə leysan olacaq! Düzdür,noyabrın 15- i saat 15 olsa da, hələ ki, yağış yağmır və ola bilsin ki, axşamüstü şəhərimizə yağış yağsın! Hələ ki, Bakıda güclü külək əsir! Küləklə də bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə məlumat verib.
Məlum qurum bildirib ki, küləklə havada yüngül konstruksiyalı qurğuların və reklam lövhələrinin yanında dayanmaq olmaz! Hündür və yaşlı, çürümüş və qurumuş ağacların yanından keçərkən ehtiyatlı olmaq lazımdır! Rayon yerlərində isə şımşək çaxanda ,ildırım olanda mobil telefonlardan və digər avadanlıqlardan istifadə etmək məqsədəuyğun deyil! Əgər avtomobildə yol gedərkən ildırım çaxırsa, mobil telefonu söndürmək, avtomobili saxlamaq və nəqliyyat vasitələrinin şüşəsini qaldırmaq lazımdır!
Bu proses ildırım çaxıb qurtarana qədər davam etməlidir! Şımşək çaxması başa çatandan sonra avtomobili idarə etmək olar!!! Göründüyü kimi, aidiyyəti qurumlar mövcud hava şəraiti ilə bağlı əhalini tam maarifləndirir! Bircə qalır insanların həmin qurumların tövsiyələrinə əməl eləmək!!!
Emil FAİQOĞLU


Bakı -°C

