Gədəbəyin Söyüdlü kəndinin boşaldılması iddialarına rəsmi cavab
Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.
"Sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır.
Məsələ ilə bağlı “Meta” şirkətinə rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır", - deyə açıqlamada qeyd edilib.
Digər Xəbərlər
13 Noyabr 2026 13:43
MŞ-nin Nəzarət-Təftiş Komissiyasının ilk iclası keçirildi - FOTO
13 Noyabr 2026 12:43
Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış etdi
13 Noyabr 2026 11:15
Elnarə Baxışa yeni vəzifə verildi - FOTO
12 Noyabr 2026 19:57
“Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları”
12 Noyabr 2026 17:38
MŞ-də “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda tədbir keçirilib
12 Noyabr 2026 11:26
Media qurumlarının xərclərinin qarşılanmasına ayrılan vəsait açıqlandı
11 Noyabr 2026 17:08
"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb
08 Noyabr 2026 20:20


Bakı -°C

