MŞ-nin Nəzarət-Təftiş Komissiyasının ilk iclası keçirildi - FOTO
Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.
Adalet.az xəbər verir ki, toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib. O bildirib ki, ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilmiş IX qurultayında NTK-nın 5 nəfərdən ibarət tərkibi seçildi. Şuranın Nizamnaməsinə əsasən hazırda qurumun sədri və katibi müəyyənləşdirilməlidir. Müzakirələrdən sonra Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.
Komissiya üzvləri IX qurultay iştirakçılarına onlara göstərilən etimada görə təşəkkürlərini bildiriblər. Onlar, həmçinin, Şuranın qarşıdakı 4 ildəki iş intensivliyinin yüksək olacağına əminliklərini vurğulayıb, NTK-nın bu intensivliyə adekvat fəaliyyət göstərməli olduğunu deyərək təkliflərini səsləndiriblər.
Qeyd edək ki, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibinə sədr R.Kərimoğlu və katib Nadir İsmayılov ilə yanaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev, “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov və Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü daxildirlər.
Digər Xəbərlər
13 Noyabr 2026 12:43
Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış etdi
13 Noyabr 2026 11:15
Elnarə Baxışa yeni vəzifə verildi - FOTO
12 Noyabr 2026 19:57
“Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları”
12 Noyabr 2026 17:38
MŞ-də “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda tədbir keçirilib
12 Noyabr 2026 11:26
Media qurumlarının xərclərinin qarşılanmasına ayrılan vəsait açıqlandı
11 Noyabr 2026 17:08
"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb
08 Noyabr 2026 20:20
Mətbuat və Media Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
08 Noyabr 2026 09:44


Bakı -°C

