“Bild”: Rusiya Donbasın tam verilməsini və Finlandiyanın NATO-dan çıxmasını istəyir
Rusiya Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlarda Donbasın tamamilə təhvil verilməsi və Finlandiyanın NATO-dan çıxması kimi sərt tələblər irəli sürüb.
Adalet.az “Bild”ə istinadla xəbər verir ki, bu şərtlər qeyri-rəsmi danışıqlarda müzakirə olunan planlardan birində yer alıb.
Moskva Ukraynanın bütün Donbası təhvil verməsini və NATO-ya üzvlükdən imtina etməsini istəyir
Plana əsasən, Rusiya Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamalı, həmçinin, Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası əldə etməlidir.
Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq statusunu qəbul etməli və NATO-ya üzvlükdən imtina etməlidir. Bununla belə, ölkənin Avropa İttifaqına üzvlüyü istisna edilmir.
Təklifdə Odessa və Nikolayev limanlarının demilitarizasiyası, Ukraynanın onlardan hərbi-dəniz bazası kimi istifadə etməməsi, həmçinin Qara və Baltik dənizlərində gəmiçilik azadlığının təmin olunması nəzərdə tutulur.
Rusiya NATO-nun Baltikyanı ölkələrdə hərbi bazalar yerləşdirməməsini tələb edir
Rusiya Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması ilə bağlı da tələblər irəli sürüb. Bu tələblər Əbu-Dabidəki danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib.
Moskva NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, Finlandiyanın isə alyansı tərk etməsini istəyir.
Təklif Moldovanın federativ respublikaya çevrilməsini də nəzərdə tutur
Plan Moldovanı da əhatə edir. Belə ki, Rusiya Moldovanın Dnestryanı bölgə və Qaqauziyanı birləşdirən federativ respublikaya çevrilməsini təklif edir. Moldovanın Aİ-yə üzv olacağı təqdirdə, həmin bölgələrə müstəqilliklə bağlı referendum keçirmək imkanı verilməsi nəzərdə tutulur.
Moskva güzəşt olaraq Belarusdan nüvə silahlarını çıxarmağa hazır olduğunu bildirir
Bunun müqabilində Moskva Belarusdan nüvə silahlarını və orta mənzilli raketləri çıxarmağa, həmçinin Dnestryanıda yerləşən qoşunlarını geri çəkməyə hazır olduğunu bildirir.
Nəşr qeyd edir ki, bu, danışıqlar çərçivəsində müzakirə olunan təkliflərdən yalnız biridir. Vasitəçilik prosesində, o cümlədən hərbi dairələrlə əlaqəli bir neçə qrup iştirak edir və onlar arasında rəqabət mövcuddur. Rusiya Prezidenti Vladimir Putinin məhz bu planı dəstəkləyib-dəstəkləmədiyi isə məlum deyil.
Digər Xəbərlər
13 Noyabr 2026 13:44
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
13 Noyabr 2026 13:00
Moskvada Ukraynanın sabiq Baş nazirinin müşavirinin avtomobili partladılıb- YENİLƏNİB
13 Noyabr 2026 10:20
"Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək
13 Noyabr 2026 10:10
Zelenski növbəti danışıqlar üçün mümkün yerin adını açıqladı
12 Noyabr 2026 21:21
Türkiyədə hərbi helikopter qəzaya uğradı - Hərbçilər öldü - YENİLƏNİB
12 Noyabr 2026 19:50
Türk İnvestisiya Fonduna prezident təyin olundu
12 Noyabr 2026 17:48
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
12 Noyabr 2026 14:00


Bakı -°C

