Moskvada Ukraynanın sabiq Baş nazirinin müşavirinin avtomobili partladılıb- YENİLƏNİB
Sergey Zavorotnı Moskvada avtomobil partlayışı nəticəsində sol qolunu itirib.
Adalet.az xəbər verir ki, o, beyin əzilməsi, sol qolunun çiyin səviyyəsində travmatik amputasiyası, qabırğalarının sınığı və sağ baldır sümüyünün açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Moskvanın Çertanovo rayonunun Kirovoqradskaya küçəsində Zavorotnının avtomobili hərəkətdə olarkən partladılıb. Partlayışın dalğası sükan arxasında olan Zavorotnını çölə atıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb.
Avtomobilin sürücü tərəfdən alt hissəsinə maqnitli 300 qram tratili olan partlayıcı qurğu yerləşdirildiyi bildirilib.
***
12:03
Moskvada avtomobil partlayıb.
Adalet.az xəbər ki, insident paytaxtın cənubunda, Çertanovo rayonunun Kirovoqradskaya küçəsində baş verib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hərəkətdə olan "Toyota" markalı avtomobil partlayıb. Partlayışın dalğası çox güclü olub.
Bir nəfərin yaralandığı bildirilib.
Digər Xəbərlər
13 Noyabr 2026 13:44
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
13 Noyabr 2026 10:20
"Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək
13 Noyabr 2026 10:10
Zelenski növbəti danışıqlar üçün mümkün yerin adını açıqladı
12 Noyabr 2026 21:21
Türkiyədə hərbi helikopter qəzaya uğradı - Hərbçilər öldü - YENİLƏNİB
12 Noyabr 2026 19:50
Türk İnvestisiya Fonduna prezident təyin olundu
12 Noyabr 2026 17:48
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
12 Noyabr 2026 14:00
Yaponiyada quş qripi xəbərdarlığı - 200 min toyuq məhv ediləcək
12 Noyabr 2026 10:44


Bakı -°C

