"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
12 noyabr tarixində Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirib.
“Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, - XİN rəsmisi vurğulayıb.
Digər Xəbərlər
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08
“Konstitusiyada dövlətin strateji fəaliyyət istiqamətləri tam əksini tapıb”
12 Noyabr 2026 15:20


Bakı -°C

