adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 10:30
65
SİYASƏT
A- A+

“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Adalet.az-a açıqlamasınfa politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Dublində görüşü ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir: 

“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi, sərhədlərin delimitasiyası və demarkasiyası, TRİPP marşurutunda işlərin başlanması müzakirə predmetidir. Ola bilər ki, N.Paşinyan Türkiyə ilə sərhədlərin açılmasını xahiş edə bilər. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında müəyyən sahələr üzrə iqtisadi əlaqələrin qurulması razılaşdırıla bilər”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN