adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 10:43
59
GÜNDƏM
A- A+

“Qanunu heç kim sevmir, amma məcburiyyət ilkin formada...”

“Kitabsız cəmiyyət ola bilmir. Cəmiyyətin ən müqəddəs kitabı məhz konstitusiyadır. Konstitusiyadan kənardakı kitabların heç biri onun kimi ədalət gücünü təmsil edə bilmir. Konstitusiya cəmiyyət ola bilən toplumlar üçün əsl nemətdir. Lakin biz toplum olaraq, cəmiyyət ola bilmədiyimiz üçün Ana Qanununun da hökmlərini ictima adətlərə qurban etmişik”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Deməli, nə Cəmiyyəti, nə də hüququnun üstünlüyünü başa düşürük. Azərbaycan Konstitusiyasını yazanlar əsl müqəddəslər olub. Azərbaycan konstitusiyası sözün bütün mənalarında xalq konstitusiyası olub. İctimaiyyətin nümayəndələrinin 1400- dən artıq təklifi nəzərə alınaraq, əksini tapıb. Dövrlər üzrə cəmiyyətlərdə tərəqqi və tənəzzül həmişə olmaqdadır. Burda indeksi görünür çox zaman iqtisadi inkişaf üzrə götürürlər, ancaq mənəvi aşınma perspektivdə cəmiyyəti daha çox öldürür. Lakin tənəzzülün ən dib nöqtəsində yenə hamıya, kimliyindən asılı olmayaraq, Afrodita lazım olur. Qanunu heç kim sevmir, amma məcburiyyət ilkin formada ləyaqətlə yaşamağa da səbəb ola bilər”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN