adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 17:32
68
MƏMLƏKƏT
A- A+

Azərbaycanda işsizlərin sayı açıqlandı

Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyatda olub.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən il oktyabrın 1-nə nisbətən 1,1 % çoxdur.

Real sektorun monitorinqi çərçivəsində aparılan sorğu nəticələrinə əsasən sentyabr ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz istehsalı sahələrində müsbət zonada olub.