adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 17:36
83
HÜQUQ
A- A+

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı

Ermənistanın Şəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, cinayət icraatı başa çatıb, iş ittiham aktı ilə birlikdə prokurorluğa göndərilib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.