Mehdiyevin oğlu və kürəkəni məhkəmədə ifadə verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə qapalı məhkəmə iclası keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev iştirak etməyib.
Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyev prosesdə ifadə veriblər.
Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaq orqanı topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Hökmdə qeyd olunub ki, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.
Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.
Digər Xəbərlər
13 Noyabr 2026 17:36
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
13 Noyabr 2026 10:18
Özünüməşğulluq proqramı üzrə verilən əmlak hansı qaydada geri alına bilər? - Ali Məhkəmədən izah
04 Noyabr 2026 11:40
Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? - Ali Məhkəmədən izah
03 Noyabr 2026 15:34
Əli Kərimlinin məhkəməsi başladı - YENİLƏNİB
03 Noyabr 2026 11:03
Azərbaycanda vəzifəli şəxs həbs edildi
02 Noyabr 2026 16:18
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlandı
02 Noyabr 2026 11:18
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
29 Oktyabr 2026 20:10


Bakı -°C

