200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Adalet.az xəbər verir ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin Xidmətin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəis müavini Əhmədov Eldəniz Yunis oğlu, baş idarənin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin idarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Eldəniz Əhmədov, Rüstəm Mirzəyev və Kənan Məmmədov Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdar rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
13 Noyabr 2026 17:36
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
13 Noyabr 2026 10:18
Özünüməşğulluq proqramı üzrə verilən əmlak hansı qaydada geri alına bilər? - Ali Məhkəmədən izah
04 Noyabr 2026 11:40
Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? - Ali Məhkəmədən izah
03 Noyabr 2026 15:34
Əli Kərimlinin məhkəməsi başladı - YENİLƏNİB
03 Noyabr 2026 11:03
Azərbaycanda vəzifəli şəxs həbs edildi
02 Noyabr 2026 16:18
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlandı
29 Oktyabr 2026 20:10
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
27 Oktyabr 2026 20:45


Bakı -°C

