adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 15:00
32
DÜNYA
A- A+

"Amerikadan getdiklərinə görə çox şadam" - Tramp

Prezident Donald Tramp bildirib ki, Şahzadə Harri və onun həyat yoldaşı, Sasseks hersoginyası Meqanın “tərəfdarı deyil”.

Adalet.az xəbər verir ki, o, cütlüyün Birləşmiş Ştatları tərk edərək Böyük Britaniyaya qayıtmasından “məmnundur”.

“Düşünürəm ki, onlar kral ailəsinə qarşı böyük hörmətsizlik etdilər”, – deyə Tramp bildirib, - “Bu, mənim xoşuma gəlmədi. Onun davranışı xoşuma gəlmədi. Hesab edirəm ki, o, Kraliça və Kral Çarlza qarşı son dərəcə hörmətsiz yanaşırdı. Kral ailəsinin yerində olsaydım, onları geri qəbul etməzdim”, – deyə o əlavə edib.