"Qurani-Kərim" də buyurulur ki, haqqa girmək böyük günahlardandır. Və o da deyilir ki, " siz mənim yanıma haqq yeyən kimi gəlməyin və cəzası çox ağırdır". Müqəddəs kitabda bir İlahi söz də var:" Qulun təri soyumamış onun hallağın alın..." Amma bizdə çox adam buna bir o qədər də əhəmiyyət vermir. Və deyir ki, əşşi, bunlar boş şeydir. Nə halal, nə haram? Get, öz işinlə məşğul ol! Yəni öz xeyrinə nə bacarırsan, onu da elə! İndi həftələrlə, aylarla insanı qapısında , həyətində varlı , pullu adamlar qan tərə bata- bata ,iraq ata-anasından , eşsək kimi işlədirlər,pulun vermirlər. Deyirlər ki, " get sabah gəl! Bu " sabah" lar da həftələrlə, aylarla uzanır!
Fəhlə də o qapıya səhər də gedir, günorta da ,axşam da pulun ala bilmir! Bəzən də varlı adam onun pulun vermək əvəzinə, kimsəsiz olduğu üçün həmin adamı söyür və salıb təpiyinin altına döyür! Yazıq o fəhlənin də gücü yalvarmağa və bu qəddar adamın yeddi arxa dönənini söyməyə, bir də qarğış etməyə çatır. Qarğışın da geci- tez var , nə vaxtsa tutur. Ona görə də haqqa girməkdən qorxun və bu bir gün sizdən soruşulacaq. O dünyada yox, ha, elə bu dünyada!
Kimsə dünyasın dəyişəndə cənazə ortada olur . Cənazə namazı qılan molla namaza duranlar deyir: Ay camaat , bu rəhmətə gedən halallıq verin. Çox adam da halallıq verir. Amma elə adamlar var ki, dələduzluq elədiyinə , insanlar pul " atdığına" görə ona halallıq vermir və dodağının altında deyir ki, haram - haram burnundan gəlsin! Tay bundan böyük qarğış olar! Mənim də həyatımda belə hadisə olub . İşə düzəltəmək adı ilə bir məşhur adam sovet dönəmində pul alıb , qaytarmayıb, sonra da ölüb, ikinci adam isə borc alıb , o da qaytarmayıb və rəhmətə gedib! Yəni mənim halal pulumu yeyiblər . Bunlara nə halallıq vermək olar! Üçüncü hadisə isə bir neçə gün bundan əvvəl olub. İstiliklə bağlı binanın zirzəmisində texniki problem vardı. Onun material və usta pulu 120 manat edirdi. Onu qonşulara inanıb əvvəlcədən pul verdim, ustalar da çox sağolsunlar bir günün içində hər şeyi təmir elədilər və mənzilərimizə istilik gəldi
Amma üç qonşu o pulları vermədi . Dedilər ki, bu , istilik idarəsinin borcudur! Ancaq bu, onların borcu deyil. Belə ki, mövcud qanunla binaların zirzəmisində və mənzillərdə olan texniki nasazlığı sakinlər öz vəsaitləri hesabına həll etməlidirlər və bu barədə " Azəristiliktəchizat" ın əhaliyə müraciəti də var. İnsan nə qədər cahil və anlamaz olmalıdır ki, həqiqəti görməsin. Özü də hər üç qonşum imkanlı adamlardı. Mən o pulu onlara halal eləmirəm, haram- haram xoşları olsun və burunlarından gəlsin! Çünki haqqa girmək böyük günahdır. Görünür mənim bu qonşularım nə Allahdan , nə də haqqa girməkdən qorxurlar! Lakin hər şeyin geci- tez var! Və gözləyək görək bu işlərin sonu necə bitir! Və bir də Allahın səbri çox böyükdür, buynuzsuz qoçun qisasını heç vaxt buynuzsduda qoymur!!!


Bakı -°C
