Azərbaycanın hazırda dərs keçən ən yaşlı müəlliminin 97 yaşı oldu
58 ildir ki (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.
Adalet.az xəbər verir ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.
M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.
Digər Xəbərlər
20 Noyabr 2026 23:23
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsindədir
20 Noyabr 2026 15:37
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
19 Noyabr 2026 17:02
Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi
19 Noyabr 2026 10:49
“Başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”
18 Noyabr 2026 17:12
İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
18 Noyabr 2026 13:06
"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
17 Noyabr 2026 12:01
Ali təhsil müddəti 3 ilə endirilir?
17 Noyabr 2026 11:14


Bakı -°C

