"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
Sertifikasiya nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimi təşkil edib.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların bacarıqlarını kiçiltmək deyil: “Sadəcə, fakt budur ki, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərimizin böyük bir hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının olması ilə əlaqədar formalaşıb. Lakin artıq biz tamamilə ali təhsilə keçmişik. Yəni həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. İnanırıq ki, uzunmüddətli perspektivdə bunun müsbət təsirini görəcəyik”.
Digər Xəbərlər
17 Noyabr 2026 12:01
Ali təhsil müddəti 3 ilə endirilir?
17 Noyabr 2026 11:14
“7-ci sinif "Ədəbiyyat" dərsliyində şagirdlərə şərab təriflənir, qətl niyyətindən bəhs edilir.
17 Noyabr 2026 11:10
Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi
16 Noyabr 2026 09:53
Məktəblərdə payız tətili başladı
13 Noyabr 2026 13:31
LDU tələbələrindən paytaxtın uşaq evlərinə növbəti sitrus sovqatı
13 Noyabr 2026 09:15
Tələbələrin İsfəndiyar Axundovla görüşünü AzMİU təşkil etməyib - AÇIQLAMA
12 Noyabr 2026 18:01
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
10 Noyabr 2026 11:53


Bakı -°C

