adalet.az header logo
  • Bakı -°C

Üç lider "Dünyaya sülh" vəd etdi... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
71 | 2026-11-20 12:24
A- A+

Və, sonra Vladimir Putin Ukraynanı bombalamaqla hədələdi

 Çinin Şenjene şəhərində keçirilən Asiya Sakit okean İqtisadi əməkdaşlıq sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donsld Tramp və Çin Xalq Respublikasının sədri Si Tzrnpenlə üçtərəfli görüşdən sonra mətbuat konfransı keçirib. 

 Vladimir Putin bildirib ki, liderlərin  görüşündə  dünyada  sülhün və təhlükəsizliyin təmin olunması məsələsi müzakirə olunub. Putin görüşdə həmçinin Ukrayna  məsələsinin nizamlanmasının, müharibənin dayandırılması şərtlərinin müzakirə olunduğunu bidirib. 

"Biz müharibənin davam etdirilməsinin tərəfdarı deyilik

 Rusiya prezidenti atəşin dayandırılması və danışıqların davam etdirilməsi ilə bağlı Donald Trampın təklif etdiyi planı dəstəklədiklərini bəyan edib. Lakin, daha sonra Ukraynanın bu şərtlərlə razılaşmadığını (?), bildirib. "Biz müharibənin davam etdirilməsinin tərəfdarı deyilik" deyə bildirən Rudiys prezidrnti, dərhal sonra, Kiyevin bu günlərdə Krım körpüsünə hücumlarına mütləq Moskvanın ikiqat cavab veriləcəyini bəyan etməklə, Kiyevi açıq şəkildə təhdit etməklə, az əvvəl üç liderin "dünyaya hansı qaydada sülhün" gətitəcəklərini nümayiş etdirib.

 ABŞ prezidenti Donald Tramp da, İranı yeni hücumlarla hədələyərək, "dünyanın təhlükəsizliyini" necə təmin edəcəklərini bir daha xatırlatdıb.

ABŞ prezidentinin fikirincə Ukrayna real vəziyyətlə razılaşmalı, ərazilərinin itirilməsi ilə ( işğalı ilə. R.H.) barışmalıdır. 

 Üç lider görüşün faydalı olduğunu bəyan etdilər. Lakin, kimlərin bu faydalardan yararlanscağına aydınlıq gətitməyiblər...

 

TƏQVİM / ARXİV