Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.
Adalet.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.
Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı publisistik məqalə (köşə yazısı);
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı sosial-iqtisadi reportaj;
– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 27 noyabr 2026-cı il 18:00 tarixinədək davam edəcək.
“Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları” ilə buradan tanış ola bilərsiniz.
Digər Xəbərlər
20 Noyabr 2026 11:48
Media və Yayım Şurası bu müsabiqə qaydalarında yeniliklər edib
19 Noyabr 2026 18:46
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
18 Noyabr 2026 17:06
Mətbuat Şurasında komissiyaların tərkibi təsdiqləndi - FOTO
18 Noyabr 2026 10:12
Mətbuat Şurasında “İnfoschool Bloger Məktəbi 2” layihəsinin iştirakçıları ilə görüş keçirilib
17 Noyabr 2026 16:33
Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib
17 Noyabr 2026 14:25
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
15 Noyabr 2026 16:20
Gədəbəyin Söyüdlü kəndinin boşaldılması iddialarına rəsmi cavab
13 Noyabr 2026 13:43


Bakı -°C

